Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Libermanın səfəri Iranla münasibətləri yenidən gərginləşdirməyə xidmət etmir ki?


"İranın bütün cəhdlərinə baxmayaraq fikrimcə Azərbaycan- İsrail əlaqələri pozulmayacaq"


Hikmət Hacızadə: "Azərbaycan tərəfi İranın marağlarına uyğun hərəkət edib İsraillə münasibətləri korlamaq istəməz".

Aprel ayının 30-da İsrailin İsrailin xarici işlər naziri Aviqdor Libermanın ölkəmizə rəsmi səfər edəcək. Prezident İlham Əliyevin İran səfərindən qayıdışının ardınca Libermanın Azərbaycana qəfil səfəri ciddi maraq doğurur. Ortaya bir neçə nüans çıxır. Bu səfərin əsas məqsədi nədir? Azərbaycan prezidentinin Irana səfərindən həmən sonra Israil xarici işlər nazirinin Bakıya səfəri Israilin Bakı-Tehran münasibətlərinin isinişməsindən narahatçılığının göstəricisidimi? Ən əsası Libermanın səfəri Iranla münasibətləri yenidən gərginləşdirməyə xidmət etmir ki?

PİA.AZ-ın əməkdaşı bu suallarla Müsavt Partiyasının Divan üzvü, politoloq Hikmət Hacızadəyə müraciət edib. 

Hikmət Hacızadənin fikrincə İran istəyir ki, İsrail-Azərbaycan münasibətləri zəifləsin:

"Bu İranın çoxdankı arzusudur. Amma, Azərbaycan və İsrail arasındakı əlaqələr buna baxmayaraq davam edib və edəcək. Əlbəttə, Azərbaycan tərəfi İranın marağlarına uyğun hərəkət edib İsraillə münasibətləri korlamaq istəməz.

Bizim İsraillə bir çox sahədə əlaqələrimiz var. Güman edirəm ki, tərəflər İsraillə Azərbaycan arasında kənd təsərrüfatı və səhiyyə ilə bağlı məsələlərə daha çox önəm verəcəklər.  Bundan əlavə yüksək texnologiyalar, müdafiə sənayesi sahəsində əməkdaşlıq və iki ölkə arasında gediş-gəlişin asanlaşdırılması, turizm və s iqtisadi məsələləri müzakirə edəcəklər".

Hikmət Hacızadə onu da qeyd etdi ki, Liberman ən çox İlham Əliyevin İran səfərində baş verənlər haqqında məlumat almaq üçün gəlir:

"Düşünürəm ki, Liberman İlham Əliyevdən səfər barədə məlumat alacaq. Yenə qeyd edirəm İranın bütün cəhdlərinə baxmayaraq fikrimcə Azərbaycan- İsrail əlaqələri pozulmayacaq".

Niyaməddin
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar