Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Yunusun yenə səhhətindən danışıb


Hazırda həbsdə olan Leyla Yunus yenə də səhhətindən danışıb


L.Yunus bu barədə “Turan”a vəkili Elçin Qəmbərov vasitəsilə məlumat verib. Deyib ki, almaniyalı həkim Kristian Vitt onun ciddi xəstə olduğunu təsdiqləyib. Bu barədə həkim yanvarın 26-da L.Yunusa təkrar baş çəkərkən bildirib.

İlk müayinə və qan analizləri K.Vitt tərəfindən təxminən bir ay əvvəl - dekabrın 30-da aparılıb.

L.Yunusun sözlərinə görə, K.Vitt bildirib ki, qan analizi L.Yunusda qaraciyərin dağılması prosesinin, orqanizmdə bərpaolunmaz proseslərin baş verdiyini göstərir.

Yada salaq ki, dekabrın 29-da Respublika Diaqnostika Mərkəzində alman professor K.Vitt, habelə tanınmış azərbaycanlı həkimlər - professorlar Murad Məmmədov, Gəray Gəraybəyli, Rauf Ağayev və tibb elmləri doktoru Rövşən Həsənov L.Yunusu tam tibbi müayinədən keçiriblər. K.Vitt müayinənin beynəlxalq və etik normalara tam uyğun aparıldığına dair protokolu da imzalayıb.

Bir müddətdən sonra isə ekspert qrupu L.Yunusun səhhətində həyati təhlükə daşıyan heç bir problemin olmadığı barədə tibbi rəyi açıqlayıb. İndi isə L.Yunus qaraciyərinin dağılması barədə növbəti məlumatı yayır.

Virtualaz.org saytı bu ziddiyyətli informasiyaya aydınlıq gətirmək üçün Penitensiar Xidmətə müraciət edib.

Penitensiar Xidmətdən isə L.Yunusun bu açıqlamasına təəccübləndiklərini bildirdilər: “Leyla Yunusu dünyaca məşhur həkimlər, özü də iki dəfə müayinə edib. Birinci dəfə ekspert qrupu onun tam sağlam olması, həyatına heç bir təhlükənin olmaması barədə bəyanatla çıxış etdi. Leyla Yunusun ikinci dəfə müayinə olunmasına gəlincə isə bu, yanvarın 27-də həyata keçirilib və müayinənin nəticələri hələ heç kəsə bəlli deyil. Tibbi ekspertizanın nəticələri barədə ilk növbədə Penitensiar Xidmətə məlumat verilməlidir. Bizə isə bununla bağlı hələ heç bir sənəd verilməyib. Görünür, bu, Leyla Yunusun növbəti piar cəhdidir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar