Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Yunusun ittiham etdiyi məhbus qadın danışdı - Fotofakt


Erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmək ittihamı ilə həbs olunan Leyla Yunus həbsxanaya düşdüyü ilk günlərdən ardıcıl bəyanatlarla çıxış edərək onunla bir kamerada saxlanan dustağı ittiham edir


L.Yunus Nuriyyə Hüseynova adlı kamera yoldaşının təcridxana rəhbərliyinin təhriki ilə onu mənəv-psixoloji və fiziki təqzyiqlərə məruz qoyduğunu iddia edir.

PİA.AZ Virtualaz.org saytına istinadən xəbər verir ki, Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Nuriyyə Hüseynova isə bu ittihamlara cavab verib. O, müəssisə rəhbərliyindən ictimaiyyətə ünvanladığı müraciətin mətbuata çatdırılmsını xahiş edib.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

“Yazıb sizə bildirirəm ki, 07.08.2014-cü il tarixindən Bakı İstintaq Təcridxanasında saxlanılıram. Saxlandığım müddətdə saxlanma şəraitindən heç bir narazılığım olmayıb.

Mənim 53 yaşım var. Mənimlə eyni kamerada saxlanılan şəxslərlə münasibətim normaldır. Lakin son zamanlar mənimlə eyni kamerada saxlanılan həbs olunmuş şəxs Yunusova Leyla İslam qızının “vəkilləri” bəzi mətbuat orqanlarında mənim şərəf və ləyaqətimi alçaldan yazılar yazıblar. Məni residivist, siqaret çəkən bir qadın kimi oxuculara təqdim ediblər.

Mənim 3 övladım, 2 nəvəm var. Haqqımda vəkillərin dərc etdikləri bu cür məqalələr mənim yaxınlarıma mənfi psixoloji təsir edib. Onlar mənim təhlükəsizliyimdən narahatlıq hissi keçirirlər. Hətta “Azadlıq” qəzetində dərc olunmuş məqalələrin birində mənim qızım haqda da məlumatlar öz əksini tapıb. Mən kamerada saxlanılan qadınlar arasında səmimiyyətə inanaraq qızım, onun iş yeri barədə təəssüratları bölüşdüyüm halda həmin məlumatların Leyla Yunusovanın vəkilləri tərəfindən mətbuatda işıqlandırılmasını başa düşə bilmirəm. Həmçinin həmin vəkillərin bir qadını mətbuat orqanlarında təhqir etməklə, onun ailə üzvlərinə mənfi psixoloji təsir göstərməklə guya digər qadının hüquqlarını müdafiə etməsi məntiqini başa düşə bilmirəm.

Leyla Yunusova onun fikirlərindən fərqli olan digər fikirləri əsassız olaraq rədd edir. Mən də Leyla Yunusovadan fərqli olaraq Azərbaycan xalqının hisslərini, istəklərini duyan, hiss edən bir Azərbaycan qadını olaraq öz fikirlərimi söhbətlər zamanı bildirmişəm. Bu söhbətlərin mətbuat orqanlarında işıqlandırılması və xüsusən də ironiya ilə oxuculara təqdim olunması anlaşılmazdır.

Bütün bunlara bir azərbaycanlı qadını olaraq dözürdüm. Lakin “Azadlıq” qəzetinin 17 sentyabr, 2014-cü il tarixli sayında özünü həbs olunmuş şəxs Yunusova Leyla İslam qızının vəkili kimi təqdim edən Əlayif Həsənovun məni və kamerada saxlanılan digər qadınları “cinayətkar” adlandırması mənim, qohumlarımın və kamerada saxlanılan digər qadınların səbr kasasını daşırıb.

Vəkil Əlayif Həsənov hüquqşünas olaraq bilməlidir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan heç kim cinayətkar adlandırıla bilməz. Bu cür ifadə işlətmiş vəkilin hüquqi savadı və ədalətlilik prinsiplərinə əməl etməsi məndə böyük şübhələr yaradıb. Həmçinin onun mənim barəmdə mətbuatda “siqaret çəkən”, “residivist” və “cinayətkar” kimi ifadələr işlətməsi ilə özümü təhqir olunmuş hesab edirəm.

Bütün bunlara görə də mən mətbuat orqanlarında barəmdə böhtan və təhqiramiz ifadələr işlətdiyinə görə tədbirlər görülməsi məqsədilə müvafiq orqanlara müraciət etmişəm. Xahiş edirəm, mənim pozulmuş hüquqlarımın bərpasında, Azərbaycan qadını olaraq ictimaiyyət arasında haqqımda mənfi fikir formalaşdırılmasının qarşısının alınmasında mənə yardımçı olasınız.

Hüseynova Nuriyyə Musa qızı

20.09.2014”







Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar