Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Yunus və İntiqam Əliyevdən yeni xəbər


Yeni şikayətlər, ağır səhhət və ilginc gəlişmələr


Oktyabrın 24-də vəkil Cavad Cavadov sosial şəbəkə vasitəsilə bəyanat yayıb. Bəyanatda bildirilir ki, sözügedən tarixdə hüquqşünas İntiqam Əliyevin və Leyla Yunusun həbsdə saxlanılma müddətlərinin uzadılmasına dair istintaq orqanının vəsatət-təqdimatına, eyni zamanda müdafiə tərəfinin hər iki şəxs barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı və ya girov qismində qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatətinə Nəsimi rayon Məhkəməsində baxılıb.

Vəkilin bildirdiyinə görə, İntiqam Əliyevin səhhəti qəfildən pisləşib. C.Cavadov yazıb ki, əslində isə bu simptomlar onun səhhətində olan mövcud problemlərin, xüsusilə 2012-ci ildə aldığı kəllə-beyin travmasının qanunauyğun nəticəsi olaraq özünü göstərib: “Belə ki, sağ ayağı tutulub, özündən getmə həddinə çatıb. Buna səbəb onun havası çatışmayan, 8-9 nəfər dustaqla birlikdə pis vəziyyətdə olan konvoy maşınında məhkəməyə gətirilməsi olub. Faktiki olaraq İ.Əliyevin hava çatışmazlığı olan şəraitdə saxlanılması və məhkəməyə belə avtomaşınla gətirilməsi onun baş-beyin nayihəsində olan problemlərinin kəskinləşməsinə gətirib çıxarıb. Vəziyyət kritik olduğuna görə İntiqam Əliyevin səhhətinin vəziyyəti ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin edilməsi barədə vəsatət verdim. Lakin məhkəmə həmin vəsatəti baxılmamış saxladı,  müvafiq olaraq istintaq orqanına (AR Baş Prokurorluğu Ağır Cinayətlərə dair İşlər üzrə istintaq İdarəsinə) göndərdi”.

C.Cavadov yazıb ki, məhkəmə istintaq orqanı İ.Əliyevlə bağlı həbs müddətinin uzadılması barədə vəsatətini təmin edərək, onun barəsində həbs qətimkan tədbirini 08 fevral 2015-ci il tarixə qədər uzadıb. Məhkəmə onlar tərəfindən verilmiş, İ.Əliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı və ya girov qismində qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatəti isə təmin etməyib: “Apellyasiya şikayətləri veriləcək. Eyni zamanda İntiqam Əliyevin səhhəti ilə bağlı tərəfimizdən Bakı İstintaq Təcridxanasının rəhbərliyinə dərhal müvafiq qanuni müraciətlər ediləcək və vəsatətlər veriləcək”.

Vəkil daha sonra L.Yunusun durumuna da toxunub. Yazıb ki, hüquq müdafiəçisinin səhhətində də əvvəlki problemlər qalır: “O, sərbəst hərəkət etməkdə çətinlik çəkir. Kənar şəxsin dəstəyi və ya müvafiq obyektlərdən tutmaqla hərəkət edə bilir. O cümlədən məhkəmə istintaq orqanın Leyla Yunusla bağlı həbs müddətinin uzadılması barədə vəsatətini təmin edərək, onun barəsində həbs qətimkan tədbirini 28 fevral 2015-ci il tarixə qədər uzatmışdır. Məhkəmə tərəfimizdən verilmiş Leyla Yunus barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı və ya girov qismində qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatəti isə təmin etməmişdir. Apellyasiya şikayətlərə veriləcək”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar