Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyevanın Heydər Əliyevə həsr etdiyi şeirə mahnı bəstələndi


Leyla Əliyevanın Heydər Əliyevə həsr etdiyi şeirə bəstələnmiş mahnı təqdim olundu


Azərbaycanın xalq artistləri Fidan Qasımova və Xuraman Qasımova ümummili lider Heydər Əliyevə həsr olunmuş "Qəlbin yaddaşı" mahnısını təqdim ediblər. 

Bu kövrək kompozisiyanın sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, musiqisi isə Ruslan Zeynalova məxsusdur.

Mahnı ilk dəfə bu ilin iyun ayında opera divalarının Heydər Əliyev Sarayında keçirilən yaradıcılıq gecəsində səslənib və elə o vaxt dinləyicilərin qəlblərinə sirayət edərək tamaşaçıların diqqətinə hakim olub. Müəllif Leyla Əliyevanın qəlbinin dərinliklərindən gələn incə kəllmələr gözəl musiqi ilə birlikdə kompozisiyanın həsr olunduğu insanın - ümummilli lider Heydər Əliyevin obrazını canlandırır. Lakin bu dahi insan mahnıda siyasətçi və dövlət başçısı kimi yox, kövrəkcəsinə sevilən, yaxınlarının onun üçün darıxdığı sevimli baba kimidir. Bu ağrı və qüssəni Leyla xanım məharətlə göstərib ki, bunun sayəsində mahnı, gerçəkdən də, qəlbin dərinliklərinə sirayət edir, hər birimizi artıq yanımızda olmayan yaxınlarımızı xatırlamağa vadar edir.

"Qəlbin yaddaşı" poeziya həvəskarlarına riqqətli və təsirli şeirləri ilə yaxşı tanınan Leyla Əliyevanın növbəti yaradıcılıq uğurudur.

Əsər sevimli insana, Leyla Əliyevanın öz babasına layiqli ithafı, habelə hamımıza xatırlatmadır: yaxınlarınızı sevin və onları dəyərləndirin.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar