Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqları sevindirdi


Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan və daun sindromlu uşaqlar üçün növbəti əyləncə proqramı təşkil edib


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində keçirilən budəfəki tədbirdə Bakının 1, 2 və 3 saylı uşaq evlərində təlim-tərbiyə alan, eləcə də Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində müalicə alan 200-dən çox uşaq iştirak edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə təşkil olunan tədbirdə uşaqlar üçün müxtəlif müsabiqələr keçirilib, fərqlənən iştirakçılara hədiyyələr təqdim olunub.

İncəsənət ustalarının çıxışları, uşaqlar üçün hazırlanmış şoular tədbirə qatılan azyaşlı və yeniyetmələrin marağına səbəb olub.

Uşaqlar da bu tədbir üçün hazırladıqları proqramları təqdim edib. Belə ki, daun sindromlu uşaqların rəqs nömrəsi alqışlarla qarşılanıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbir iştirakçıları ilə birgə rəqs edib və onlarla xatirə şəkilləri çəkdirib.

Şənliyin sonunda bütün uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.

Qeyd edək ki, valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqların ailə qayğısı ilə əhatə olunması və onların təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının səmərəli təşkili Heydər Əliyev Fondunun əsas prioritet istiqamətlərindəndir.

Bununla əlaqədar Fond mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva uşaq evləri və internat məktəblərində olur, xüsusi qayğıya ehtiyacı olan uşaqlara baş çəkir, onların yüksək səviyyədə təhsil almalarında, asudə vaxtlarının səmərəli təşkilində, eləcə də gündəlik qayğılarının aradan qaldırılmasında yaxından iştirak edir.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar