Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyeva və Arzu Əliyeva “YARAT”da


Leyla Əliyeva və Arzu Əliyeva “YARAT”da yoqa ilə bağlı seminarda iştirak ediblər


"YARAT" Müasir İncəsənət Mərkəzində "Yoqanın biopsixologiyası" adlı seminar keçirilib.

"YARAT"dan Trend-ə verilən məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva seminarda iştirak ediblər.

Açarya Sadananda Avadhuta tərəfindən həyata keçirilən seminar zamanı şüurun vücudla olan əlaqəsini nəzərdən keçirməklə yanaşı, vəzi və hormonların xarakterimizə, davranışımıza, əhvalımıza necə təsir etdiyindən danışılıb.

Hormonlar bizim duyğularımıza nəzarət edir. Əgər vəzilər düzgün tənzimlənməyibsə və hormonları həddindən artıq və ya az miqdarda törədirsə insan ruh düşkünlüyündən əziyyət çəkir, depressiyaya uğrayır. Yoqa - vücud və xasiyyəti harmonik idarə etməyi öyrədir. Bu, mənəvi, fiziki və zehni sahələrdə daha da sürətli inkişaf etməyə imkan verir.

Açarya Sadananda Avadhuta 17 min saatdan çox meditasiya təcrübəsinə malikdir. On beş ildə 12 min insana yoqa və meditasiyanın əsaslarını öyrədib, 40-a yaxın yoqa üzrə təlimatçı hazırlayıb. O, 3 il İsveç və Hindistan yoqa monastırlarında yaşayıb. Hər il bir çox ölkələrdə yoqa seminarları keçirir. Onun təşəbbüsü və təşkilatçılığı ilə Altayda (Rusiya) tutumu 500 nəfər olan Mənəvi İnkişaf və Təbii Müalicə Mərkəzi inşa olunub. Pulsuz onlayn yoqa və meditasiya kursunun təsisçisidir.

pia.az







Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar