Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyeva təhsil aldığı universitetdə - Fotolar


Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universiteti) (MDBMİ) Azərbaycanlı Məzunlar Assosiasiyasının prezidenti Leyla Əliyeva bu ali təhsil müəssisəsində olub


Universitetin rektoru Anatoli Torkunov və ali məktəbin tələbələri ilə görüşdə MDBMİ-nin Heydər Əliyev Fondu və Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) ilə əlaqələrinə toxunulub, habelə bu ali məktəb məzunlarının Bakıda müntəzəm görüşlərinin təşkili məsələsi müzakirə edilib.

Leyla Əliyeva universitetin müəllimləri və Azərbaycandan olan tələbələrlə söhbət edib, bu cür görüşlərin təşkilinin və həmvətənlər arasında əlaqələrin qorunub saxlanmasının vacibliyini qeyd edib.

MDBMİ-nin ümumi məsələlər üzrə prorektoru Artyom Malqin fəxri qonağı təqdim edərək deyib ki, Leyla Əliyevanı təkcə azərbaycanlı tələbələr deyil, həm də Bakının səmimiyyətlə qəbul etdiyi Məzunların Birinci Forumunda iştirak etmiş bütün tələbələr və məzunlar tanıyır və sevirlər.

Universitetin Azərbaycan Klubunun sədri Cavid Hüseynov bu qurumun fəaliyyətindən danışıb, klubun ilk sədri Leyla Əliyevanın əsasını qoyduğu ənənələrin davam etdirildiyini bildirib.

Postsovet Tədqiqatları Mərkəzinin kiçik elmi işçisi Elnur Mehdiyev Azərbaycan-Rusiya münasibətlərinin inkişafında mərkəzin rolundan danışıb. Beynəlxalq jurnalistika fakültəsinin dekan müavini Nigar Məsumova Rusiyanın Azərbaycanlı Gənclər Birliyi ilə qarşılıqlı əlaqələrin əhəmiyyətindən söhbət açıb və fakültənin tələbələri üçün Azərbaycana səfərlərin təşkili ənənəsinin davam etdirilməsi təklifini irəli sürüb.

Qeyd edək ki, MDBHeydər Əliyev Fondu ilə sıx əməkdaşlıq edir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2013-cü ildə Bakıda bu universitetin məzunlarının birinci Forumu keçirilib. Bu Forum 30 ölkədən 400 məzunu Azərbaycanın paytaxtında bir araya gətirib. (Azərtac)

pia.az 








Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar