Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyeva klassik avtomobil sərgisində



Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi”nin açılışı mərasimi keçirilib


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.

Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov bir il ərzində layihə üzərində çalışanlara, o cümlədən Mərkəzin əməkdaşlarına, xarici muzeylərin təmsilçilərinə minnətdarlığını bildirib.

Fransanın Milli Avtomobil Muzeyinin direktor müavini Rişar Keller təmsil etdiyi muzeyin kolleksiyası barədə məlumat verib. Bildirib ki, bu kolleksiyanın əsasını Şlumpf qardaşlarına məxsus kolleksiya təşkil edir. Həmin kolleksiyaya müxtəlif illərdə istehsal olunan avtomobillər daxildir.

Beynəlxalq sərgi kuratoru Horst Kampan bu sərgidə nümayiş olunan kolleksiyanın nadirliyini qeyd edib. Qonaq ölkəmizin zəngin tarixə malik olduğunu söyləyib, Azərbaycanın neft sənayesi ilə fərqləndiyini bildirib və qeyd edib ki, məhz bu sahənin inkişafı dünyada avtomobil sənayesinin inkişafına töhfəsini verib.

Sonra klassik avtomobil sərgisinin açılış mərasimi olub.

Azərbaycan Avtomobil Federasiyası, Almaniyanın Classic Remise və Fransanın Şlumpf kolleksiyası Milli Avtomobil Muzeyi ilə birgə təşkil olunan sərgidə avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir. Bu gün ən son yeniliklərə uyğun avtomobillərin istehsal olunmasına baxmayaraq, dövrümüzədək dəbdən düşməyən, ən əsası isə keyfiyyətini itirməyən avtomobillər var. Hətta hazırda istehsal edilməsə belə, yenə də avtomobil həvəskarlarının marağında olan markalar var. Ziyarətçilər məhz bu maraqdan irəli gələrək təqdim edilən sərgini izləməklə nəqliyyat vasitələrinin istehsalı tarixinə ekskursiya edəcək, avtomobil sənayesinin ayrı-ayrı inkişaf mərhələləri ilə tanış ola biləcəklər. Bu sərgi həm də avtomobil həvəskarlarını bir araya toplayaraq nostalji hisslər yaradır. İlk dəfə olaraq belə geniş eksponatlarla təşkil olunan sərgidə, həmçinin müxtəlif dövrlərə aid yanacaqdoldurma qurğuları, yol nişanları, avtomobillər haqqında nəşrlər və digər aksessuarlar, eləcə də arxiv materialları əsasında hazırlanan videoçarxlar nümayiş olunur.

Sərgi ərəfəsində Azərbaycan Avtomobil Federasiyasının avtomobil tarixi haqqında “Tarixə dörd çarxla” kitabı nəşr olunub. Nəşrdə müxtəlif ölkələrdə ayrı-ayrı illərdə istehsal olunan avtomobillər barədə məlumatlar, fotolar təqdim edilir.

Sərgi həftənin cümə, şənbə və bazar günləri ziyarətçilər üçün açıq olacaq. (musavat.com)

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar