Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyeva Dənizkənarı Milli Parkda idman meydançasının açılışında


5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dənizkənarı Milli Parkın yeni bulvar hissəsində açıq havada qurulmuş idman meydançasının rəsmi açılışı olub


AzərTAc xəbər verir ki, Leyla Əliyeva açılış mərasimində iştirak edib.

Leyla Əliyeva və Milli Olimpiya Komitəsi baş katibinin müavini Azər Əliyev idman meydançasının rəmzi açılışını bildirən lenti kəsiblər.

Sonra Leyla Əliyeva və mərasim iştirakçıları idman meydançasında yaradılan şəraitlə tanış olublar.

Bu idman meydançası IDEA İctimai Birliyi və CAVAN Gənclər Hərəkatının birgə həyata keçirdiyi “Street Workout” (küçə məşqi) layihəsi çərçivəsində qurulmuş ilk meydançadır. “Street Workout” idman növünün xüsusi standartları nəzərə alınaraq, burada idmançılar və fiziki imkanları məhdud olan şəxslərin rahat məşq edə bilmələri üçün hər cür şərait yaradılıb.

Açılış mərasimində Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Azərbaycanın Olimpiya, dünya və Avropa çempionları, şəhər ictimaiyyətinin nümayəndələri bu təşəbbüsü yüksək qiymətləndirib, bütün idmansevərlər adından Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Layihənin əsas məqsədi sağlam həyat tərzini təşviq etməklə ölkəmizdə həyata keçirilən idman siyasətinə dəstək verməkdən ibarətdir. Ümumiyyətlə, gənclərin mənəvi və fiziki sağlamlığı, eləcə də ətraf mühitin mühafizəsi və davamlı inkişafın təşviqi IDEA İctimai Birliyinin fəaliyyətində prioritet istiqamətlərdəndir.

Paytaxtımızın incisi olan Dənizkənarı Parkda şəhərimizin sakinlərinə və qonaqlarına xidmət edəcək bu idman meydançası dünyada getdikcə populyarlaşan və sürətlə inkişaf edən “Street Workout” idman növünün ölkəmizdə kütləviliyinin artırılmasına mühüm töhfə verəcək.

Gələcəkdə ölkəmizin digər yerlərində də müvafiq idman meydançalarının yaradılması nəzərdə tutulur.


pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar