Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lex Valensa Polşada məhkəmə islahatlarına qarşı aksiyalara qoşuldu


Məşhur Həmrəylik həmkarlar təşkilatının yaradıcısı və postkommunist Polşanın ilk prezidenti Lex Valensa qalmaqallı məhkəmə islahatlarına qarşı keçirilən etiraz aksiyasına qoşulub


APA-nın verdiyi məlumata görə, iyulun 22-də Qdanskda keçirilən etiraz aksiyasında çıxış edən L. Valensa 1989-cu ildə demokratik Polşanı qurduqlarını bildirib və polşalıları bütün mümkün vasitələrlə demokratik Polşanı qorumağa çağırıb.

Polşanın sağ-mərkəz hökumətini ittiham edən L. Valensa deyib ki, onların nəsilləri Polşanı düz yola istiqamətləndirib, hakimiyyətin demokratik bölgüsünə nail olublar: “İndi imkan vermək olmaz ki, hər şey dağıdılsın”.

Qeyd edək ki, dünən Qdansk da daxil olmaqla, bütün Polşada qalmaqallı məhkəmə islahatlarına qarşı etiraz aksiyaları keçirilib. Axşam saatlarında isə Polşa Senatı 55 lehinə, 23 əleyhinə olmaqla və 2 nəfər bitərəf qalmaqla, qalmaqallı məhkəmə islahatlarına dair qanunu qəbul edib. Parlamentin aşağı palatası olan Seym bu qanunu iyulun 20-də qəbul etmişdi.

Qanunun əleyhdarları bildirirlər ki, bu qanun Ali Məhkəməni faktiki hökumət və parlamentin nəzarəti altına salır, hakimiyyətin bölgüsü prinsipini aradan qaldırır, hüquqi dövlətə qarşı sui-qəsddir. Qanun Polşa prezidenti imzaladıqdan sonra qüvvəyə minə bilər. Prezidentin qanunu imzalaması üçün 21 günü var.

Avropa İttifaqı da Polşada məhkəmə islahatları ilə bağlı qanuna qarşı çıxır. Avropa İttifaqının vitse-prezidenti Frans Timmermans bəyan edib ki, Avropa İttifaqı Lissabon razılaşmasının 7 maddəsi üzrə proseduru başlada bilər. Bu maddə üzv ölkənin Avropa İttifaqına üzvlükdən məhrum edilməsini də nəzərdə tutur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar