Bazar ertəsi, 21 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Lətifə açıq-saçıq geyinməsindən danışdı: “Xoşum gəlir“


“ARB Ulduz”un “Virtual həyat” verilişinin qonağı olan müğənni Lətifə Soyuöz maraqçı açıqlamalar verib


Axşam.az xəbər verir ki, tez-tez geyimləri müzakirə mövzusuna çevrilən Lətifə, ətrafdakıların onunla bağlı fikirlərinə qətiyyən önəm vermədiyini açıqladı:

“Qətiyyən kənar fikirlərə önəm vermirəm. Çünki bu, mənim geyim tərzimdir. Mən bu tərzi sevirəm. İndikindən daha kilolu olanda şort geyinmirdim. Arıqlayandan sonra şort istifadə etməyə başladım. Hərçənd ki, uşaqlıqda da çox istifadə edirdim. Mənə rahatdır, mənim xoşum gəlir. Bu, mənim üçün gündəm mövzusu deyil. Burdan qapalı geyinim, qapıdan çıxandan sonra başqa-başqa işlərlə məşğul olum, bu, mənə görə deyil”.

Sosial şəbəkələrdə onu tənqid edib dişinin dibindən çıxanı deyənlərə isə müğənninin cavabı yenə də kəskin və sərt oldu: 

“Mən baxanda ki, bir adam mənə tərbiyədən yazır və sən həmin adamın səhifəsinə girib geyimlərinə baxanda hər şey məlum olur. Geyimlər bir yana qalsın, onun yazdıqlarından bilirsən ki, tərbiyəsi necə ola bilər, o, hansı zehnə malik ola bilər. Buna evdə nə öyrədiblər. Burdan demək istəyirəm ki, hamı öz həyatını yaşasın, hamı öz həyatı ilə maraqlansın. Öz həyatınız daha maraqlı olar. Səhər yuxudan oyanırlar, başlayırlar başqasının həyatı ilə yaşamağa. Lazım deyil. Kiməsə baxıb, bu niyə bunu alıb, bu niyə bunu geyinib, bunun niyə evi var, kimi fikirlərə qapılmaq lazım deyil. Oturun, öz fikrinizi çəkin!” 


pia.az
Etiket:
loading...