İngiltərə Premyer Liqasının son qalibi "Lester" ötən mövsümkü heyətini qorumağı planlaşdırır
Qol.az-ın "The Mirror"a istinadən verdiyi məlumata görə, klub rəhbərliyi artıq 5 futbolçu ilə müqavilə yeniləməyə hazırdır.
Bunlar qapıçı Kasper Şmeyxel, müdafiəçi Denni Simpson, yarımmüdafiəçilər Denni Drinkuoter, Ceffri Şluppe və Riyad Mahrezdir. Adı çəkilən 5 futbolçuya da yaxın günlərdə yeni müqavilə təklif olunacaq. Lakin onlardan kimin komandada qalıb-qalmayacağına qarşıdakı günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, Klaudio Ranyerinin rəhbərlik etdiyi "Lester" ötən mövsüm tarixində ilk dəfə İngiltərə Premyer Liqasının qalibi olub.
pia.az