Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lerikdə Xocalı soyqırımının 25-ci ildönümü anılıb


Lerik Rayon Mədəniyyət Mərkəzində rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilat rəhbərlərinin, ağsaqqallar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının iyirmi beşinci ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirilib


Öncə tədbir iştirakçıları tərəfindən mədəniyyət evinin foyesində Xocalı soyqırımına həsr olunmuş kitab, jurnal və qəzetlərdən, rayon məktəblilərinin Xocalı faciəsinə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirildi. 

Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov Xocalı faciəsi haqqında, rayonda faciə qurbanlarının xatirəsinin yad edilməsi ilə bağlı keçirilən tədbirlər barədə məlumat verdi. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək bildirdi ki, bu gün 25 il öncə xalqımızın başına gətirilən faciə ilə bağlı toplaşmışıq. Prezident cənab İlham Əliyevin tapşırığına əsasən hazırlanmış tədbirlər planına uyğun olaraq respublikanın hər yerində olduğu kimi bu gün rayonumuzda və ucqar kəndlərimizdə də Xocalı faciəsi anılır, faciə qurbanlarının xatirəsi hörmətlə yad edilir. Bu tədbirlərin davamı olaraq 26 fevralda cənab Prezidentin təşəbbüsü ilə Bakı şəhərində yürüş keçiriləcəkdir. 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xankəndi şəhərindəki, Rusiyaya məxsus 366-cı alayın əsgərləri və muzdlu quldurlarla Xocalı şəhərinə hücum etdilər. Şəhər əvvəlcə toplardan və digər hərbi texnikadan şiddətli atəşə tutularaq darmadağın edildi.  
Düşmənin hücumu nəticəsində Xocalı şəhəri yandırıldı. Sağ qalmış sakinlərə vəhşicəsinə divan tutuldu. 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 azyaşlı uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi. 487 nəfər, o cümlədən 76 nəfər həddi-büluğa çatmamış şəxs şikəst edildi. Faciə nəticəsində 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. 1275 sakin girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qaldı.

Bütün bu olanları dünya ictimaiyyətinə çatdıran Ümummilli liderimiz Heydər Əliyev məhz ilk dəfə bu hadisəyə siyasi qiymət verdi.  Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar dəfələrlə xüsusi bəyanatlar və müraciətlər qəbul etmişdir.  “Xocalı Soyqırımı (Genosidi) Günü haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 24 fevral tarixli 791 nömrəli qərarı ilə 26 Fevral Xocalı Soyqırımı Günü elan olunmuş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilib.

 Bu qanlı faciənin dünyada soyqırımı aktı kimi tanınması, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətimiz, Heydər Əliyev Fondu və dünyada fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən ardıcıl iş aparılır, dünyanın demək olar ki, əksər dövlətlərində hər il müxtəlif tədbirlər keçirilir. Xocalı qətliamını olduğu kimi, faktlarla dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə filmlər, fotosərgilər nümayiş etdirilir. Keçirilmiş bu tədbirlərin nəticəsidir ki, artıq 10-dan çox dövlətin parlamentləri, ABŞ-ın 21 ştatının qanunvericilik orqanları, bir sıra beynəlxalq təşkilatların ali orqanları tərəfindən “Xocalı soyqırımı” haqqında qətnamələr qəbul edilmiş, bəyanatlar verilmişdir. Hazırda ölkəmizin xarici dövlətlərdəki səfirlik və konsulluqları, diaspor təşkilatlarımız tərəfindən, xüsusilə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası vasitəsi ilə Xocalı soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması üçün dünyanın, demək olar ki, bütün dövlətlərində müxtəlif tədbirlər keçirilir. 

Aprel döyüşləri bir daha sübut etdi ki, ordumuz istənilən an nəinki işğal olunmuş torpaqlarımızı azad edəcək, hətta Ermənistanın paytaxtı Yerevanda bayrağımızı sanca biləcək qüdrətindədir. Biz sülh yolunu seçmişik. İstəmirik ki, insanlarımız şəhid olsun. Amma lazım gəlsə odumuzun gücü ilə torpaqlarımızı işğaldan azad edəcəyik. Cənab Prezidentin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verilməyəcəkdir.

Sonra Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Elxan Qənbərov, rayon təhsil şöbəsinin əməkdaşı, tarixçi Qafur Xosiyev çıxış edərək yüz illər boyu erməni millətçilərinin XIX və XX əsrlərdə öz havadarlarının dəstəyi ilə Azərbaycana qarşı olan ərazi iddialarından, azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasətindən söz açdılar, bu qanlı faciənin soyqırımı aktı kimi bütün dünya dövlətləri tərəfindən tanınmasından ötrü iş aparılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirdilər. Ali Baş Komandanın rəhbərliyi və həyata keçirdiyi uğurlu siyasətlə torpaqlarımızın mənfur düşməndən azad olunacağı günün uzaqda olmadığını qeyd ediblər.

Daha sonra Lerik şəhər 3 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Kənan Seyfullazadənin faciə qurbanlarının xatirəsinə həsr olunmuş şeirlə çıxış edib.

Sonda Xocalı soyqırımına həsr olunmuş “Xocalıyıq” sənədli-bədii filmə baxış keçirilib.

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar