Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lənkəranskinin qətlinə görə tutulan avtoritet Hacı Beyləqanski kimdir? - Dosye


Xəbər verdiyimiz kimi, azərbaycanlı kriminal avtoritet Rövşən Caniyevin (Lənkəranski) qətli üzrə aparılan istintaq çərçivəsində Türkiyədə daha iki nəfər həbs edilib


Məlumata görə, istintaqla bağlı şahid dindirmələri aparılıb.
 
Bu zaman Rövşən Lənkəranskinin yaxın adamlarından hesab edilən və hadisə günü onun yanında olan iş adamı Tahir C. şahid qismində polisə çağırılsa da, dindirilmədən sonra o saxlanılıb.
 
Ondan başqa polisə çağırılan digər şahid Hacıbaba adlı şəxsin barəsində də həbs qərarı çıxarılıb.
 
Dindirilmə vaxtı Hacıbaba T-nin şübhəli şəxs kimi axtarışda olduğu, onun 2013-cü il avqustun 18-də İstanbulda "Qoca” ləqəbli kriminal avtoritet Əli Həmidovu qətlə yetirdiyi bilinib. Hacıbabanın Rusiyada 5 qətl hadisəsinin də iştirakçısı olduğu müəyyən edilib.
 
PİA.AZ bildirir ki, Lent.az məlumatda adı adıgedən Hacıbaba T.-nin kimliyinə aydınlıq gətirib. Bu şəxs, 1982-ci il martın 29-da Azərbaycanın Beyləqan rayonunda anadan olmuş Talıbxanlı Hacıbaba Tahir oğludur. Orta təhsillidir. 2000-ci illərin əvvəllərində Moskvaya gedib və ilk cinayətini də Rusiya paytaxtında törədib. Elə Moskvada Rövşən Lənkəranskiylə tanış olub. Rövşən Moskvanı tərk edib Birləşmiş Ərəb Əmirliklərinə köçəndən sonra o da bu ölkəyə gəlib. Bir müddət Dubayda yaşayıb. 2012-ci il dekabrın 10-da Dubayda qanuni oğru adını alıb və bundan sonra Hacı Beyləqanski kimi tanınıb. Onu “taclandıranlar” arasında Rövşən Lənkəranskiylə yanaşı Tariyel Oniani (Taro), Qivi Tbilisski, Koba Baqdatski, Timoxa Qomelski, Siripa Kutaisski, İka Suxumski, Cemo, Romik Kurd kimi “qanuni oğru”lar iştirak edib.
 
Həmin gün Hacı Beyləqanski ilə bərabər daha 15 nəfərə qanuni oğru adı verilib ki, onlardan da biri Rufo Gəncinski (Ülfət Tağıyev) olub.
 
Bəzi mənbələrə görə, Hacı Beyləqanski Rövşən Lənkəranskinin şəxsi killeri olub və 2013-cü ilin 18 avqustunda Qoca Bakinskini məhz onun əmri ilə qətlə yetirib. Qəribədir, Lənkəranski də elə avqustun 18-də öldürülüb. Amma 3 il sonra.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar