Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lənkəranskinin qardaşının həbs cəzası açıqlandı


İstanbul məhkəməsi mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin bir neçə gün əvvəl saxlanılan qardaşı Namiq Canıyev barəsində həbs qətimkan tədbiri seçib


PİA.AZ  yenicag.az-a istinadən xəbər verir ki, məhkəmə bir neçə gün əvvəl İstanbulda saxlanılan Namiq Canıyev və onun rəhbərlik etdiyi dəstə üzvlərinə 4 aylıq həbs cəzası kəsib.

Qeyd edək ki, Namiq Canıyev və dəstəsi noyabrın 2-də Türkiyə polisinin İstanbulun Bakırköy səmtindəki "Ömür" Ticarət Mərkəzində həyata keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıblar.

Məlumata görə, Namiq Canıyevin də daxil olduğu 13 nəfərlik killer dəstəsi uzunmüddətli həbsdən çıxmış kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) evinə basqın hazırlamaqda ittiham olunur. Onların məqsədi Lotu Quli ilə məsələni birdəfəlik "çürütmək" istəyiblər.

Canıyevin mobil telefonunun yaddaşından götürülən şəkillər də təsdiqləyir ki, dəstə nəzərdə tutulan hücuma ciddi hazırlaşıb. Həmin şəkillər arasında Lotu Qulinin qaldığı evin detallı sxemi də olub.

Bununla belə, Türkiyənin nüfuzlu "Hürriyet" qəzeti öz mənbələrinə istinadən yazıb ki, Canıyev İstanbula 3 yaxın adamı ilə gəlib. O, İstanbula gəldikdən sonra Türkiyənin "Şirinlər" kriminal qruplaşmasının Maks ləqəbli lideri Mehmet Səbri ilə əlaqə yaradaraq, Lotu Qulinin aradan götürülməsi planını müzakirə edib.

Bildirilir ki, Canıyev Lotu Qulinin öldürülməsi qarşılığında Səbriyə 5 milyon dollar vəd edib. Tərəflərin məhz bu sövdələşmənin detallarını müzakirə etmək üçün "Ömür" Ticarət Mərkəzindəki restoranda bir araya gəldikləri vurğulanır.

Türkiyə polisinin həmin ticarət mərkəzində keçirdiyi əməliyyat zamanı isə Canıyev, Mehmet Səbri Şirin, Hacı Beyləqanski də daxil olmaqla 13 nəfər saxlanılıb. Onlardan 9 ədəd odlu silah və patron götürülüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar