Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lənkəranskinin qardaşı bəraət aldı - Fotofakt

Bir müddət öncə "Lotu Quli”yə sui-qəsd iddiası ilə həbs olunan Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev və digərlərinin azadlığa çıxdığını xəbər vermişdik


İstanbul Bakırköy məhkəməsinin Namiq Canıyev barədə çıxardığı qərarı əldə edilib.

İstintaq zamanı Namiq Canıyev başda olmaqla, digər şübhəlilər – Əli Abdullayev, Camal Həsənov və Hacıbaba Talıbxanlının ölkədən çıxışına qadağa qoyulsa da, məhkəmədə bu qərar ləğv edilib. Şübhəli bilinən şəxslərin qərara etiraz etməsi ilə yenidən araşdırma aparılıb və yekun qərar verilib. Son qərara görə, Canıyev və digərləri bəraət alıblar. Bu prosesin tezləşdirilməsində qardaş ölkədə yaşayan nüfuzlu bir azərbaycanlı iş adamının rolunun olduğu bildirilir.

Məlumata görə, məhkəmə qərarı ilə bəraət alan Lənkəranskinin qardaşı vəzifəyə də qayıda bilər. Hazırda sərəncamda olan Canıyevin sui-qəsd iddiasında heç bir günahı olmadığı artıq rəsmən öz təsdiqini tapıb. Belə olan halda Namiq Canıyevin ya əvvəlki vəzifəsinə qayıdacağı, ya da başqa bir posta göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, sözügedən sui-qəsd iddiasından sonra Namiq Canıyev 2017-ci ilin noyabr ayında Bakı Baş Gömrük İdarəsinin Keşlə postunun rəisi vəzifəsindən azad olunub.(yenicag.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar