Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lənkəranskinin bandasının qalıqları belə yaxalandı - Video


Rusiyanın Nijniy Tagil şəhərində mərhum azərbaycanlı kriminal avtoritet “Rövşən Lənkəranski”nin bandasının qalıqları xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilib


Virtualaz.org xəbər verir ki, Sverdlovsk vilayətinin Daxili İşlər İdarəsinin yaydığı məlumata əsasən şəhərdə keçirilən əməliyyat zamanı adam oğurluğu, quldurluq, silahlı basqın kimi əməllər törədən üç qanqster yaxalanıb. 

Sverdlovsk vilayəti üzrə Daxili İşlər İdarəsinin mətbuat katibi Vadim Qorelıx bildirib ki, saxlanılanlardan biri müqavimət göstərməyə çalışıb və qaçmaq istəyib, lakin buna müvəffəq olmayıb.

Qanqsterlərin qaldıqları evlərdə axtarış aparılıb, “Kalaşnikov” avtomatı da daxil olmaqla silah-sursat tapılıb. Bu silahların quldur basqınlarında istifadə olunduğu bildirilir. Belə ki, cinayətkarlar Nijniy Tagil sakininin mənzilini satdığını öyrəniblər və onun evinə basqın edərək çəkiclə döyüblər, zorla avtomobilə mindirib aparıblar və evin satışından əldə etdiyi pulu verməyi tələb ediblər. 1972-ci ildə anadan olmuş həmin şəxs əzablara dözməyib və 100 min rublu cinayətkarlara verib.

Habelə qruplaşma üzvləri uşaq evlərinin keçmiş sakinlərini hədəf alıb. Onların bəzilərinin hesablarında iri məbləğdə pul olduğunu öyrənərək hücum ediblər, gəncləri küçədə döyüblər, qorxudublar, hətta iki nəfərə atəş açıblar.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirir ki, Rövşən Lənkəranskinin bandası Njniy Tagildə bir neçə ildir tüğyan edirdi. Cinayətkar qruplaşma maşın oğurluğu, reket, borcların zorla geri alınması kimi əməllərlə məşğul olub. Qruplaşmanın qərargahı və daimi görüş yeri Şilovski küçəsindəki serb mətbəxi restoranı “Next” olub.

“Rövşən Lənkəranski”nin öldürülməsindən sonra Ural regionunda vəziyyətə “Lotu Quli” nəzarət edir. Lənkəranskinin bandasının bir çox aparıcı üzvləri Qulinin tərəfinə keçib.

<div style="position:relative;height:0;padding-bottom:56.25%"><iframe src="https://www.youtube.com/embed/nCqTsX6Hquw?ecver=2" width="640" height="360" frameborder="0" style="position:absolute;width:100%;height:100%;left:0" allowfullscreen></iframe></div>

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar