Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lənkəranda əməliyyat


Əməliyyat zamanı 61 ədəd tank əleyhinə mina zərərsizləşdirilib


Son aylarda rayonda yaşanan mina xofunu aradan qaldırmaq və sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə Lənkəran şəhər İcra Hakimiyyətinin Nazirlər Kabinetinə rəsmi müraciətindən sonra Azərbaycan ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) rayonda sahilboyu ərazinin minalardan təmizlənməsi işlərini həyata keçirib. Bu günə kimi 200-ə qədər tank əleyhinə mina və digər silah sursat aşkarlanaraq zərərsizləşdirilib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ərazilərin minalardan təmizlənməsi üzrə ANAMA 13 nəfərdən ibarət xüsusi əməliyyat qrupu mart ayının 3-dən Lənkəran rayonunda dənizkənarı ərazilərin minalardan təmizlənməsi əməliyyatını davam etdirir. Sovet vaxtında tank batalyonunun poliqonu kimi istifadə olunan ərazidə son aylarda bir neçə dəfə işlək vəziyyətdə olan hərbi sursatların, əsasən də tank əleyhinə minaların aşkarlanması ilə əlaqədar rayon icra hakimiyyətinin Nazirlər Kabinetinə müraciətindən sonra tapılan 200-ə qədər mina təhlükənin gözlənildiyindən də böyük olduğunu göstərir.

Bu gün isə aşkarlanmış daha 61 ədəd tank əleyhinə mina təhlükəsizlik tədbirləri çərçivəsində mütəxəssislər tərəfindən zərərsizləşdirilib.

ANAMA-nın mütəxəssisi Böyükağa Haqverdiyevin sözlərinə görə, dəniz suyunun altında qalan minaların yerlərini təsbit etmək üçün agentlik tərəfindən xüsusi olaraq dalğıclar da bu əməliyyata cəlb olunub. Onun qənaətincə, dəniz səviyyəsinin son 20 ildə qalxması nəticəsində ərazidə olan iki sovetdən qalma sursat anbarının suyun altında qalması təmizləmə əməliyyatını çətinləşdirdiyindən əməliyyat müddəti hələ bir neçə ay da uzana bilər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar