Lənkəran rayonu Hirkan Milli Parkında yanğın olub
PİA.AZ FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Lənkəran rayonu, Hirkan Milli Parkının (rayon mərkəzindən 8 km aralı) dağlıq ərazidə meşə zolağında yanğın hadisəsi baş verib.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsindən 1 ədəd helekopter, 2 ədəd yanğınsöndürmə texnikası və şəxsi heyət cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.