Lənkəran rayonunda 35 yaşlı kişi bıçaqlanıb
APA-nın verdiyi məlumata görə, hadisə rayonun Aşağı Nüvədi kəndində qeydə alınıb.
Kənd sakini, 1982-ci il təvəllüdlü Zahid Zabit oğlu Qəribov bıçaq yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.
Hadisə kim tərəfindən törədildiyi məlum deyil.
Fakt araşdırılır.
pia.az