Lənkəran sakini intihar edib
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xarxatan kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Elmir Eldar oğlu Babayev özünü tövlədə asıb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.
pia.az