Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrovun Qarabağ məsələsinə doğru yönəlməsi nəylə bağlıdır? Qərblə korlanan münasiblər, yoxsa...


Politoloq: “İlk dəfədir ki, Lavrov Ermənistana dedi ki, “Kazan” erası arxada qaldı”


“İndi Rusiya ehtiyat edir ki, Qərb Dağlıq Qarabağ məsələsində Azərbaycana şirnikləşdirici təklif verə bilər və Azərbaycan Qərbə tərəf gedə bilər”.

Bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Sergey Lavrovun Ermənitsan mətbuatına Dağlı Qarabağ münaqişəsi  ilə bağlı açıqladığı fikirləri PİA.AZ-a şərh edərkən qeyd edib.

Dünən Rusiya XİN rəhbəri Sergey Lavrov Dağlı Qarabağ münaqişəsinin  ilə bağlı öz fikirlərini açıqlayıb. Belə ki, Rusiya XİN rəhbəri  Ermənistan mətbuatına müsahibə verib. Müsahibədə Lavrov  bildirib ki, Qarabağ münaqişəsinin tərəfləri danışıqlarda irəliləyişin əldə edilməsi üçün bir-birlərinə qarşı inamsızlıqdan imtina etməli, 2011-ci ildə keçirilmiş Kazan sammitinin razılaşmalarından istifadə etməlidirlər. Lavrov qeyd edib ki, ən vacibi inamsızlıqdan çəkilmək, – hansı ki, əvvəlki kimi bəzən danışıqların gedişatında görünür  və həqiqi, praqmatik ideyalarda cəmləşməkdir. Onun sözlərinə görə bu ideyaları “kağıza qoymaq” (rəsmiləşdirmək-red) lazımdır. Rusiyanın XİN rəhbəri vurğulayıb ki, 2011-ci ildə Kazan sammitinə hazırlıq o cümlədən ATƏT-in Minsk qrupu həmsədrləri arasında da intensiv aparılıb. Həmçinin o, qeyd edib ki, Kazan sammitinin bir çox müddəaları hələ də aktuallığını itirməyib. Rusiya XİN başçısı bildirib ki, Qarabağ münaqişəsinin həlli vacibdir.

Rusiyanın Qərblə münasibətlərinin tamamilə korlandığı hazırkı həssas dönəmdə Lavrovun Qarabağ məsələsinə doğru yönəlməsi nəylə bağlı ola bilər və yaxın günlərdə Rusiya Cənubi Qafqazda aktivliyini artıracaq? Ümumiyyətlə Rusiya Cənubi Qafqazdakı mövqelərini daha da gücləndirmək üçün hansı addımlar ata bilər və Dağlıq Qarabağda gərginliyin artırılması hazırkı dönəmdə Rusiyanın beynəlxalq arenadakı maraqlarına nə qədər xidmət edir?    
 
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlunun fikirlərin öyrənib.



Mübariz Əhmədoğlu: “İndi artıq Qərb başa düşür ki, Rusiyanı Cənubi Qafqazla sıxışdırmaq lazımdır”.


Bu vaxta qədər Lavrovun Ermənistan mətbuatına müsahibə vermədiyini vurğulayan politoloq Mübariz Əhmədoğlu əlavə edib ki, bu müsahibə Ermənistana bəzi mesajların çatdırılması üçün verilib. Bu mesajlar da müəyyən qədər Azərbaycanın maraqlarına cavab verir:

“Əvvəla onu qeyd edim ki, Sergey Lavrov “Kazan görüşü”ndə olan ideyaların bir çox ideyalarla birlikdə aktual olduğun bildirib. Lavrovun erməni mətbuatına verdiyi müsahibədə ən önəmli açıqlaması məhz 2011-ci ildə keçirilən “Kazan görüşü”nə olan münasibətidir. Mən Lavrovun “Kazan görüşü” ilə bağlı 4-5 mövqeyi ilə tanışam. Əslində “Kazan görüşü”nün mahiyyəti o idi ki, 2007-ci ildəki “Madrid prinsipləri”ynən, 2009-cu ildəki yenilənmiş “Madrid prinsipləri”ni ortaq məxrəcə gətirsin. 2007-ci ilin “Madrid prinsipləri”ni Ermənistan qəbul etdi. Çünki orada birinci yerdə göstərilmişdi ki, Dağlıq Qarabağa sülhməramlılar göndərilməlidir. Həmçinin yenilənmiş “Madrid prinsipləri”ndə ərazilərin qaytarılması məsələsi var idi, amma deyirdilər ki, KəlbəcərLaçının Azərbaycana qaytarılması xüsusi qaydada müzakirə olunacaq. 

2009-cu ildə İtaliyanın Akvil şəhərində 3 həmsədr ölkə prezidentləri sənəd qəbul etdilər. Bu sənədin də adın qoydular “Madrid prinsipləri”nin yenilənmiş variantı və yaxud da yenilənmiş “Madrid prinsipləri”. Sənəddə göstərilmişdi ki, Dağlıq Qarabağ əraziləri Azərbaycana qaytarılmalıdır. Yəni Laçın, KəlbəcərAzərbaycana qaytarılmalı idi. Buna görə də bu variantı Azərbaycan qəbul etdi, amma Ermənsitan qəbul etmədi. 2011-ci ildə isə “Madrid prinsipləri” ilə yenilənmiş “Madrid prinsipləri”ndəki sənədləri birləşdirdilər və sammiti çağırdılar. Bu sammitdə də son anda Lavrovla Nalbadyan razılaşdırılmış sənədə əlavə dəyişikliklər etdilər. Azərbaycan prezidenti İlham Əliyev də həmin sənədə 10 dəyişiklik etdi və dedi ki, bu 10 dəyişiklik qəbul edilsin, sonra sənədi imzalayım. 

Mübariz Əhmədoğlu: “Ermənistan da daxil olmaqla kim Dağlıq Qarabağ müqaşəsində vəziyyəti gərginləşdirəcəksə, bu birinci növbədə Rusiyanın ziyanına olacaq”.


Bu hadisədən sonra Lavrov həmişə deyir ki, yenilənmiş “Madrid prinsipləri”nin imzalanmamasının günahkarı Azərbaycandır, Ermənistan deyil. Bildiyimiz kimi də sənədi iki tərəf, yəni AzərbaycanErmənistan imzalamalıdır. Əgər Ermənistan günahkar deyilsə və sənəd də imzalanmayıbsa, Lavrovun fikrincə günahkar Azərbaycandır. Amma Lavrov detalları demədi. İlk dəfədir ki, Lavrov Ermənistana dedi ki, “Kazan” erası arxada qaldı . Çünki Ermənistan həmişə çalışırdı ki, “Kazan sənədi”  adı ilə yenilənmiş “Madrid prisipləri”n heçə endirsin. Lavrov da vurğulayıb ki, “Kazan sənədi”  hazırlandı müzakirə olundu və kağız üzərində də qaldı. Və Lavrova görə bu cür prinsiplər normaldır. 

Bildiyimiz kimi Qərbin Rusiyaya təzyiqləri artıb. Amma indiki dövrdə Qərbin Rusiyaya qarşı təzyiqinin lokalığı da dəyişir. Yəni bu vaxta qədər Cənubi Qafqaz uğrunda Qərblə Rusiya arasında ciddi mübarizə getmirdi. İndi artıq Qərb başa düşür ki, Rusiyanı Cənubi Qafqazla sıxışdırmaq lazımdır. Cənubi Qafqazda lider dövlət isə Azərbaycandır. İndi Rusiya ehtiyat edir ki, Qərb Dağlıq Qarabağ məsələsində Azərbaycana şirnikləşdirici təklif verə bilər və Azərbaycan Qərbə tərəf gedə bilər. Azərbaycan Qərbə tərəf gedəcəyi halda isə hesab etmək olar ki, bütün Cənubi Qafqaz Qərbə tərəf keçəcək. Çünki tək Azərbaycanın iqtisadiyyatı regionun 75 faizin təşkil edir. Qalan 25 faiz də Gürcüstan və Ermənistanın payına düşür. Bütün bunlara görə də Lavrov da bilir ki, Dağlıq Qarabağ məsələsində konkretliyin vaxtı çatıb. Qeyd edim ki, bu vaxta qədər Lavrov Ermənistan mətbuatına müsahibə verməmişdi. Bu müsahibə də Ermənistana bəzi mesajların çatdırılması üçün idi. Bu mesajlar da müəyyən qədər Azərbaycanın maraqlarına cavab verir. 

Rusiya Cənubi Qafqazdakı mövqelərini daha da gücləndirə bilər. Bu aktivlik də Azərbaycanın qurduğu siyasətdən asılıdır. Buna görə də Dağlıq Qarabağ məsələsində Rusiyanın tutduğu mövqe həlledici mövqe olacaq. Hazırkı dönəmdə Dağlıq Qarabağda gərginliyin artırılması Rusiyanın beynəlxalq arenadakı maraqlarına zərrə qədər xidmət etmir. Bizdə səhv təsəvvür var ki, ermənilər Rusiyanın adamdır. Ermənilər dildə özlərini Rusiyanın adamı kimi göstərirlər ki, Azərbaycanı qorxutsunlar. Amma reallıq budur ki, ermənilər həmişə xəyanətkar olublar və hamıya xəyanət ediblər. O cümlədən hazırda da ruslara da xəyanət edirlər. 

Buna görə də Ermənistan da daxil olmaqla kim Dağlıq Qarabağ müqaşəsində vəziyyəti gərginləşdirəcəksə, bu birinci növbədə Rusiyanın ziyanına olacaq. Çünki müharibə olacağı təqdirdə Qərb artıq regiona daxil ola biləcək”. 

Nərminə UMUDLU
pia.az                 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar