Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrovun Bakı və Yeravan səfəri: “Tupik”dən çıxış yolu varmı?


Politoloq: “Lavrovun Azərbaycan və Ermənistana səfəri zamanı əsas məqsəd Putinin üçtərəfli görüş üçün təklif irəli sürməyə əsas yaratması idi”


“Əgər Rusiya indi Dağlıq Qarabağ problemini yaxın zamanda həll etməsə, ABŞ-la iş birliyi içinə girə biləcək xəyanətkar ermənilər istənilən təxribatla Rusiyaya  arxadani zərbə  vura bilərlər”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu Rusiya xarici işlər naziri Sergey Lavrovun AzərbaycanErmənistana səfərini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Xəbər verdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yeravana səfəri çərçivəsində Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, münaqişənin həlli ilə bağlı xüsusi optimizm nümayiş etdirmək istəmir və danışıqlarla bağlı təcrübə göstərir ki, onlar tezliklə başa çatmayacaq. Maraqlıdır ki, müzakirə obyekti kimi Qarabağ münaqişəsinin əsas mövzu olacağı gözlənilsə də, Lavrovun Yeravana səfəri çərçivəsində danışıqlar əsasən NATO və “Şərq Tərəfdaşlığı” ətrafında cərəyan edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya və Yeravana səfərinin nəticələri ilə bağlı PİA.AZ-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlunun fikirlərini öyrənib.

Image result for mübariz əhmədoğlu
Mübariz Əhmədoğlu: “ABŞ-ın ATƏT-in Minsk qrupunda yeni həmsədri Riçard Şofer də demək olar ki, təşəbbüsü Rusiyanın əlindən alıb”.


Lavrovun AzərbaycanErmənistanın səfərinin kökündə yaxın zamanlarda hər üç ölkə prezidentinin üçtərəfli görüşünün təyin edilməsinin durduğunu bildirən politoloq Mübariz Əhmədoğluna görə, Qarabağ münaqişəsində ABŞ-ın təşəbbüsü ələ alma cəhdləri Rusiyanı aktivləşməyə sövq edir:

“Əslində Lavrov regiona sırf Qarabağ məsələsi üçün gəlmişdi. Daha doğrusu, Lavrov özbaşına gəlməmişdi və onu Putin göndərmişdi. Lavrovun Bakıda olduğu kimi, Yerevanda da əsas müzakirə obyekti Qarabağ mövzusu idi. Lavrovun Ermənistanın xarici işlər naziri E. Nalbadyanla  görüşdən sonrakı konfransda bəyan etdiyi fikirlər də bunu göstərir. Lavrovun erməni əsilli olması ermənilərə qarşı müəyyən dərəcədə güzəştə getməsinə səbəb oldu. Bu Yeravandakı danışıqlardan sonra keçirilən mətbuat konfransında Lavrovun yanaşmalarında hiss olundu. Hesab edirəm ki, Lavrovun AzərbaycanErmənistana səfərində əsas məqsəd Putinin üçtərəfli görüş üçün təklif irəli sürməyə əsas yaratması idi. Düşünürəm ki, bir müddət sonra Putin AzərbaycanErmənistan prezidentləri ilə üçtərəfli görüş təklifini irəli sürəcək.  

Rusiya üçün Dağlıq Qarabağ probleminin həlli hal-hazırda aktual məsələdir. Çünki Rusiya artıq Yaxın Şərqdəki  vəziyyətdə uduzur. Onun əsas kartı kürdlər idi. Kürd kartı da Rusiyanın əlindən çıxıb və kürdlər tam ABŞ-ın nəzarəti altına keçib. Demək olar ki, Suriya problemi öz həllini tapandan və müəyyən zamandan sonra Əsəd hakimiyyəti tərk etdikdən sonra Rusiya Suriyadakı mövqelərini itirəcək. Hal-hazırda Rusiyanın Yaxın Şərq siyasəti pat vəziyyətidir. 

Əgər Rusiya indi Dağlıq Qarabağ problemini yaxın zamanda həll etməsə, ABŞ-la iş birliyi içinə girə biləcək xəyanətkar ermənilər istənilən təxribatla Rusiyaya  arxadani zərbə  vura bilərlər. Rusiya bunu anlayır və başa düşür ki, Qarabağ məsələsini həll etməlidir. Həmçinin ABŞ-ın ATƏT-in Minsk qrupunda yeni həmsədri Riçard Şofer də demək olar ki, təşəbbüsü Rusiyanın əlindən alıb. Bu baxımdan Rusiya aktivləşməyə məcburdur”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar