Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, nazirlər Surya münaqişəsinin nizamlanması ilə bağlı Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresinə hazırlıq prosesini müzakirə ediblər.
Bundan başqa, telefon danışığı zamanı Suriya mülki əhalisinin humanitar problemlərinin yüngülləşdirilməsinə, eləcə də Astana danışıqlarında əldə olunmuş razılığı əsasən yaradılmış deeskalasiya zonalarında atəşkəs rejiminə əməl olunmasına da toxunulub.
pia.az