Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrov niyə gəlib? Dağlıq Qarabağa, yoxsa “Şərq Tərəfdaşlığı”na görə?..


Politoloq: “Lavrovun gəlişi Dağlıq Qarabağ problemininin həll edilməsi ilə bağlı məsələlərə bir sistemlik gətirmək yox, daha çox Rusiyanın geosiyasi maraqlarına xidmət etməkdən ibarətdir”


“Lavrovun xarici işlər naziri olmasına baxmayaraq, onun şəxsiyyəti ətrafında Azərbaycanın ciddi  iradları var”.

Bu sözləri politoloq Qabil Hüseynli Rusiya xarici işlər naziri Sergey Lavrovun BakıYerevana nəzərdə tutulan  səfərlərini şərh edərkən PİA.AZ-a  açıqlamasında  qeyd edib. 

Rusiya xarici işlər naziri Sergey Lavrovun noyabrın 19-da Bakıya, noyabrın 20-də isə İrəvana səfər edəcəyi və səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin  müzakirə ediləcəyi gözlənilir. Görüşlər zamanı həmçinin regional və beynəlxalq məsələlərin müzakirəsi də nəzərdə tutulub.

Erməni KİV-lərinin məlumatına görə, Lavrovun gündəliyi ilə bağlı iki versiya mümkündür. Birinci ehtimala görə, Lavrov əsas diqqət mərkəzində Vyana və Sankt Peterburq razılaşmaları olmaqla, qarşıdakı günlərdə gözlənilən Məmmədyarov-Nalbandyan görüşü üçün səmərəli gündəlik hazırlanmasına cəhd edəcək. İkinci ehtimala görə, Lavrov digər həmsədr ölklərin də dəstək verdiyi yeni plan irəli sürəcək. 

Lavrovun səfəri ilə bağlı Rusiya ekspertləri isə bildiriblər ki, Lavrovun Bakıya və Yeravana səfərindən ciddi irəliləyiş gözləməyə dəyməz. Rusiya “Strateji əlaqələr” bürosunun direktor müavini Yevsey Vasilyev RT kanalına bildirib ki, Lavrovun Bakıya və Yeravana səfəri zamanı Qarabağ problemini bir dəfəyə həll edəcək təkliflər yoxdur. “Rusiya diplomatiyasını cəhdləri bu gün status-kvonu qoruyub saxlamağa yönəlib. Bu əslində göründüyündən çox çətindir”, deyə rusiyalı politoloq bildirib.

O da məlumdur ki, noyabrın 24-də Brüsseldə “Şərq tərəfdaşlığı“ çərçivəsində proqramın iştirakçı dövlətlərinin liderlərinin zirvə görüşü nəzərdə tutulub. Zirvə görüşündə Aİ-nin və “Şərq tərəfdaşlığı“ Proqramının üzvü olan 6 ölkənin – Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Moldova və Ukraynanın rəhbərləri bir araya gələcək. İkinci məqam noyabrın 24-də imzalanacağı gözlənilən Avropa İttifaqı və Ermənistan arasında yeni sazişdən ibarətdir ki, bu  sazişin Sarkisyan tərəfindən imzalanacağı gözlənilir. 

Hesab etmək olarmı ki,  Lavrovun Bakıya və Yeravana olan səfəri sırf Dağlıq Qarabağladır? Ola bilərmi ki, səfərin əsas məqsədi Bakını və Yeravanı “Şərq tərəfdaşlığı” sammiti qarşısında xəbərdarlıq etmək məqsədi daşıyır?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Qabil Hüseynlinin fikirlərini öyrənib.

Image result for qabil huseynli

Qabil Hüseynli: “Lavrovun bu səfərləri nin AzərbaycanErmənistanın Avropa Birliyinə meylli olması ərəfəsində baş tutması fərqi ehtimalların yaranmasına səbəb olur”.


Lavrovun BakıYerevan səfərlinin münaqişənin həllində hansısa əsaslı təsirə malik olmayacağını vurğulayan politoloq Qabil Hüseynliyə görə, bu səfərlərin tək məqsədi Rusiyanın geostrateji maraqlarını reallaşdırmağa çalışmaqdır:

“Çünki rus mətbuatında olan Qriqori Trofimçuk kimi bəzi politoloqlar qeyd edirlər ki, Lavrovun səfəri   yalnız iki ölkə ilə Rusiya arasında bağlanan diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədardır. Bundan başqa, onlar aprelin 24-də Avropa Birliyi ilə “Şərq Tərəfdaşlığı” komissiyasının üzvü olmaq üçün AzərbaycanErmənistanın ərazisinə baxmağı hədəf kimi qarşılarına qoyublar.  Lakin bu məsələ ətrafında  ciddi  fikir ayrılıqlarının mövcud olduğu aydındır. Çünki Avropa Birliyi Parlament Assembleyasının yekun sənədində yenə də Dağlıq Qarabağ probleminin həllində ərazi bütövlüyü və  millətlərin öz müqəddəratını təyin etməsi məsələsi yan-yana gəlir. Sözsüz, bu , rəsmi Bakının ciddi etirazına səbəb olacaq. Ola bilsin ki, Bakı həmin sənədə imza atmasın. 

Qabil Hüseynli: “Lavrovun Dağlıq Qarabağ probleminin nizamlanmasına köməyinin olmayacağı qənaətindəyik”.


Moskva Lavrovun timsalında  Azərbaycana elçi göndərir və xəbərdarlıq edə bilər ki, “Şərq Tərəfdaşlığı”na qoşulmayacağınız təqdirdə alternativ variant kimi biz sizin arxasında dayanmışıq və sizə yardımçı ola bilərik.  Hər halda Lavrovun bu səfərləri nin AzərbaycanErmənistanın Avropa Birliyinə meylli olması ərəfəsində baş tutması fərqi ehtimalların yaranmasına səbəb olur.  Bu da bəllidir ki, Lavrovun xarici işlər naziri olmasına baxmayaraq, onun şəxsiyyəti ətrafında Azərbaycanın ciddi  iradları var. Lavrovun Dağlıq Qarabağ probleminin nizamlanmasına köməyinin olmayacağı qənaətindəyik və bununla əlaqədar olaraq, Azərbaycan tərəfi Rusiya rəhbərliyinə öz fikirlərini də bildirib. 

Düzdür, Lavrov Qarabağ məsələsində Rusiyanın maraqlı olması barədə bəyanat da verdi. Lakin yenə də  Lavrovun gəlişi Dağlıq Qarabağ problemininin həll edilməsi ilə bağlı məsələlərə bir sistemlik gətirmək  yox, daha çox Rusiyanın geosiyasi maraqlarına xidmət etməkdən ibarətdir”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar