Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrov Zuyevin Bakıda səfir təyin edilməsi planlarını təkzib edib

RF XİN başçısı Sergey Lavrov bir sıra Azərbaycan KİV-lərinin Bakının Gennadi Zuyevin Rusiyanın Azərbaycanda səfiri təyin edilməsinə razılıq verməməsi barədə məlumatlarını təkzib edib


Cümə günü mətbuat konfransında Vyanada ATƏT XİN başçıları şurasının iclasında Lavrov bu məlumatları şərh etmək xahişinə cavabda bildirib ki, Rusiya tərəfi heç vaxt Zuyevin təyin edilməsi üçün Azərbaycan hökumətindən aqreman istəməyib. 

Onun sözlərindən həmçinin məlum olub ki, o, RF XİN-in idarə rəisinin müavini G.Zuyevin və Azərbaycan mətbuatının erməni əsilli olduğunu yazdığı Lavrovun özünün ermənipərəst mövqeli olması ilə bağlı eyhamları yersiz hesab edir: "Kimin hansı əlaqələrinin olması və bunun mövqelərə necə təsir etməsi mövzusu özü müasir sivil normalara çox da uyğun deyil", deyə o bildirib.

Qarabağda təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılması haqqında suala cavabda Lavrov deyib ki, bu məsələ 2016-cı ilin mayında Minsk qrupunun həmsdəri olan ölkələrin XİN başçılarının iştirakı ilə AzərbaycanErmənistan prezidentlərinin Vyana görüşündə, daha sonra isə Sankt-Peterburq görüşündə müzakirə olunub.

Bundan sonra ATƏT-ə prinsipial razılaşma təqdim edilib və hazırda ATƏT-in xüsusi nümayəndəsi bu razılaşmanın həyata keçirilməsinin təcrübi parametrlərini razılaşdırmağa çalışır. Qeyd edək ki, Zuyevin Azərbaycanda səfiri təyin edilməsi və iyulun 5-də Dövlət Duması komitəsinin onun namizədliyini təsdiq etməsi haqqında elə Rusiya KİV-ləri yazırdı.(Turan)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar