Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrov Eçmiədzində kriminal avtoritet “Don Pipo”nun evində qonaq olub

Bakıdan sonra İrəvana səfər edən Rusiya xarici işlər naziri Sergey Lavrov Eçmiədzində “Don Pipo” ləqəbli məşhur erməni mafioz-kriminal avtoritet Artur Asatryanın malikanəsində qonaq olub


Bu barədə “Jamanax” qəzeti yazıb.

 Bildirilir ki, ziyafətdə “Don Pipo”nun qardaşı Lala Asatryan iştirak edib. Lavrovu delikateslərlə, xüsusi reseptlə bişirilmiş ətə qonaq ediblər.


Erməni mətbuatı yazır ki, Sergey Lavrovun Moskvadakı erməni icmasının bir çox liderləri ilə çox sıx münasibətləri var. O, rəsmi münasibətlərlə paralel olaraq erməni diaspor liderləri ilə “insani və şəxsi” təmaslardan da qaçmır. Qəzet Lavrovun “Don Pipo”nun evində qonaq olmasının təfərrüatlarını növbəti sayında dərc etməyi vəd edir.



Bu həmin “Don Pipo”dur ki, Moskvada mənzillənən “Danvesta” şirkətinin sahibidir, şirkət Rusiya paytaxtında yüzlərlə ticarət köşkünü idarə edir. “Don Pipo”nun klanı vaxtilə “Ded Xasan” ləqəbli yezidi kürdü, kriminal aləmin kralı Aslan Usoyanla müharibə edib. 2013-cü ildə İtaliya hüquq-mühafizə orqanları “Don Pipo”nun “Ded Xasan”ın ölümündə əli olduğunu bildirərək onun barəsində beynəlxalq axtarış elan etmişdi. Lakin barəsində beynəlxalq axtarışın elan edilməsinə baxmayaraq “Don Pipo”nun Moskvadakı biznesi davam edib, habelə onun Ermənistanda biznesi var. “Don Pipo” Eçmiədzində, erməni kilsəsinin yaxınlığında məskən salıb. Burada onun böyük iqamətgahı var.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar