Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lamiyə işində mühüm sənəd üzə çıxdı



Azərbaycan mediası iki həftədir ki, həbsdə uşaq dünyaya gətirən Lamiyə Quliyevanı müzakirə edir


PİA.AZ Axar.az-a istinadən xəbər verir ki, fakt ictimailəşəndən sonra dustağın hansı şəraitdə və kimdən övlad doğması rəsmi qurumları, hüquq müdafiəçilərini, ictimaiyyəti hərəkətə gətirdi. 

Amma Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu öldürən Lamiyənin uşağı mövzusu artıq konteksdən çıxaraq yeni müstəviyə qədəm qoyub. Onun Ruslan Aslanovu necə və nə üçün öldürməsi, sabiq başçının oğlu ilə arasında nələr olduğu daha çox qabardılmağa başlanıb. 

Aslanovun narahatlığı

Adının çəkilməsini istəməyən, amma A.Aslanova yaxın olduğunu bildirən mənbənin göndərdiyi məhkəmə materialı da belə deməyə əsas verir. Görünür, hadisələrin inkişaf istiqamətinin doğuş faktorundan çıxaraq eks-başçıya doğru yönəlməsi onu ciddi narahat edib. 

Bu baxımdan A.Aslanov məhkəmə faktlarını ictimailəşdirməklə üzərindəki şimşəkləri çəkməyə səy göstərir. Məhkəmə qətnaməsində Lamiyənin bakirəliyinin öz xalası oğlu Fariz Yusibov tərəfindən pozulduğu etiraf edilir. Redaksiyamıza göndərilən həmin məhkəmə sənədində mühüm faktlar var və müəyyən ixtisarlarla diqqətinizə çatdırırıq: 

Şahid: “Xalası oğlu bakirəliyini pozub”

1974-cü ildə Şəmkirdə anadan olmuş Yusibov Fariz Telman oğlunun Azərbaycan Respublikası CM-nin 152, 221.3 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxılıb.

Təqsirləndirilən şəxs 2001-ci ilin iyun ayının əvvəllərində qohumu 1987-ci ildə anadan olmuş Quliyeva Lamiyə Sahib qızının 16 yaşına çatmadığını aşkar surətdə bildiyi halda onunla zor tətbiq etmədən sonuncunun razılığı olmadan cinsi əlaqədə olub.

Zərərçəkmiş ifadəsində göstərib ki, F.Yusibovun onunla əlaqədə olmasına dair söhbəti Vüqar Əliyevlə edib və həmin danışığı Vüqar audiokasetə köçürüb. Lamiyə deyib ki, bir qohumu kimi F.Yusibovun idarə etdiyi avtomaşına minib, lakin Yusibov onunla cinsi əlaqədə olmayıb. Onu Vüqar məcbur edib səsini audiokasetə yazdırarkən Fariz Yusibovun adını çəkib.

Şahid Tahirova Nailə Comərd qızı elan olunmuş ifadəsində göstərib ki, Lamiyə ilə rəfiqəlik edib. Lamiyənin mərhum Ruslan Aslanovla heç bir münasibəti olmayıb. 

Lamiyə xalası oğlu Yusibov Fariz tərəfindən sevildiyini, ona ərə gedəcəyini və Fariz tərəfindən bakirəliyinin pozulduğunu bir rəfiqə kimi ona danışıb. Məhkəmə tibbi ekspertizanın 12 may 2003-cü il tarixli rəyindən görünür ki, Quliyeva Lamiyə Sahib qızının qızlıq bəkarəti pozulub.

Audikasetlərdə nələr var?

Ekspertizaya təqdim olunmuş audiokasetlərdəki fonoqramların rəyin tədqiqi hissəsində verilmiş mətnlərdə "A" hərfi ilə işarə olunmuş şəxsin səsi Əliyev Vüqar İbrahim oğluna məxsusdur. 

Həmin audiokasetdə L.Quliyeva F.Yusibovun onunla cinsi əlaqədə olmasını, xalası evinə F.Yusibovun idarə etdiyi avtomaşınla gedərkən gecə vaxtı Şəmkir şəhərinin kənarında avtomaşının salonundan F.Yusibovun onunla cinsi əlaqədə olmasını göstərib. 

Zərərçəkən Vüqar Əliyev göstərib ki, nişanlısının bakirə qız olmamasını bildikdən sonra nişanı qaytarmaq üçün Lamiyə Quliyevanın səsini kasetə yazıb. 

Lakin məhkəmə hesab edir ki, həm Lamiyə Quliyeva, həm də Vüqar Əliyev bu epizod üzrə məqsədli şəkildə yalan ifadə veriblər. 

Məhkəmə iş materiallarına əsasən müəyyənləşdirib ki, Vüqar Əliyev və valideynləri Aslanovlar ailəsi ilə çox kəskin münasibətdə olublar. Buna görə də əgər Lamiyə ilk sorğu edilən vaxt bildirsəydi ki, onunla ilk dəfə cinsi əlaqədə olan Ruslan Aslanov olub, başqa şəxslərin adı kasetə düşməzdi.

Ruslanın adı məqsədli yazılıb?

Məhkəmə sənədlərində qeyd olunur ki, Əliyevlərin Aslanovlara qarşı əsassız düşmənçilik münasibəti, habelə hadisələrin sonrakı gedişi göstərir ki, kasetə Ruslanın adı məqsədli şəkildə yazılıb.

Digər tərəfdən, həm Yusibov, həm də Quliyeva göstərirlər ki, onlar bacı-qardaş münasibətində olublar. İşin nəticəsi ilə maraqlı olan Quliyeva və Yusibova ifadələrinə inanırlarsa, hər hansı təsirə baxmayaraq, bacı yalandan göstərməzdi ki, onun qızlıq bərakətini qardaşı pozub.

Lamiyənin vəkili Fəxrəddin Mehdiyev musavat.com-a bunları deyib: 

“Cinayət işinin başlanması, işdəki xüsusiyyətlər ona dəlalət edirdi ki, bu, hesablanmış addımlardır. Penitensiar Xidmətə məktubla müraciət etmişəm, cavab verilən kimi gedib görüşəcəyəm. Yəqin ki, yaxın günlərdə görüşümüzə şərait yaradılar və bütün məsələlərə, suallara aydınlıq gətirilər”.

Xatırladaq ki, L.Quliyeva və onun nişanlısı olmuş V.Əliyev 2003-cü ilin mayında o dövrdə Şəmkirin icra başçısı olan Aslan Aslanovun oğlu Ruslanı öldürməkdə suçlu biliniblər. L.Quliyeva 10 il, V.Əliyev isə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. L.Quliyevanın həbs müddəti 2012-ci ildə 5 il 6 ay müddətinə uzadılıb.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar