Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kütləvi məmur həbsi gözlənilir


Səlim Müslümovun açıqladığı siyahı dəhşətli faktları üzə çıxarıb


Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov ünvanlı sosial yardım alan vətəndaşların siyahısını açıqlayandan sonra ortaya dəhşətli faktlar çıxıb. 

“Azadlıq”ın əldə etdiyi məlumatlara görə, bəlli olub ki, bəzi vətəndaşların özlərindən xəbərsiz onların adına ünvanlı sosial yardım yazılıb.

Bu hal daha çox bölgələrdə müşahidə olunub. Məlumatlara görə, ünvanlı sosial yardımların verilməsilə bağlı bu maxinasiyada icra hakimiyyətlərinin də müstəsna rolu var.

Bildirilir ki, hazırda bu məsələ ilə bağlı ciddi araşdırmalar aparılır. Araşdırmaların nəticəsi olaraq kütləvi məmur həbsi gözlənilir.

Yada salaq ki, bir müddət əvvəl ünvanlı sosial yardım alan vətəndaşlarla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbələrinin müdirləri arasında qalmaqal yarandığı barədə məlumat vermişdik. Bildirmişdik ki, şöbə müdirləri ilə şərikli ünvanlı sosial yardım alanlar onlara daha çox pul yazıldığını, amma bunun cüzi hissəsini verildiyini biliblər. Bu Səlim Müslümov nazir olandan sonra şöbə müdirlərinin ehtiyat edərək həmin vətəndaşların kartını qaytararkən baş verib. Qalmaqal o qədər dərinləşib ki, məsələdən Səlim Müslümov da xəbər tutub. Məhz bundan sonra nazir ünvanlı sosial yardım alanların siyahısını açıqlayıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar