Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kürəkənini qızından boşanmaq istədiyinə görə öldürüb


Daxili İşlər Nazirliyi Bakıda kürəkənini öldürən qaynata barədə məlumat yayıb


Kriminal  Daxili İşlər Nazirliyi Bakıda kürəkənini öldürən qaynata barədə məlumat yayıb. 

ANS PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, cinayət aprelin 23-də paytaxtın Nizami rayonu Q.Qarayev prospektində yerləşən “Mil” kafesində baş verib.

Belə ki, Bakı şəhər sakini Elçin Lazımov münaqişə zəminində kürəkəni Rəvan Əliyevi bıçaqla qətlə yetirib.

Bakıda baş verən dəhşətli cinayətin bəzi məqamlarına aydınlıq gətirilib. Nizami rayon Polis İdarəsindən ANS PRESS-ə verilən əmlumata görə, qaynata kürəkənini qızından boşanmaq istədiyinə görə öldürüb.

Belə ki, yenicə evlənən Rəvan Əliyev hadisə baş verən kafedə ofisiant işləyib. Qaynatası Elçin Lazımov da məhz onu iş yerində xüsusi amansızlıqla öldürüb.

Buna səbəb Elçin Lazımovun qızının şikayəti olub. Çünki bir neçə gün əvvəl qadın atasınə şikayət edərək bildirib ki, əri onu aldadır. Qadın bildirib ki, Rəvan Əliyev hansısa qadınla mobil telefon vasitəsilə danışır və müsajlaşır. Məsələnin üstü açılanda isə Rəvan Əliyev arvadından boşanmaq istədiyini bildirib.

Qaynata da, qızını boşamaq istəyən kürəkənini amansızcasına öldürüb.

Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Lazımov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar