Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kürdlərin müstəqillik xəyalları Kərkükdə necə çilik-çilik oldu...

"Financial Times” qəzetinin beynəlxalq işlər redaktoru Devid Qardner yazır ki, sentyabrın 25-də keçirilmiş referendumla qol-qanad açan kürd müstəqillik arzuları ötən bazar ertəsi İran tərəfindən dəstəklənən İraq qüvvələri Kərkükü alandan sonra "çiliklənərək yerə tökülüb"


Məqalədə deyilir ki, neftlə zəngin Kərkük ərəblər və kürdlər arasında Yaxın Şərqi parçalayacaq daha bir müharibənin cəbhə xəttinə çevrilə bilər.

Lakin Qardnerin fikrincə, Kərkük təkcə ərəblərlə kürdlərin arasında deyil, həm də İranla ABŞ arasında gedən geosiyasi yarışın predmeti olub. Bu hadisənin xüsusilə də, Trampın İranla nüvə sazişini ləğv edəcəyi ilə hədələdiyi bir vaxta təsadüf etməsi maraq doğurur.

FT yazır ki, Trampın hədələri yayğın idi, amma İran bir neçə cəbhədə qətiyyətli addımlar atmağa hazır idi.

Məqalədə deyilir ki, muxtar Kürdüstan Regional Hökumətinin (KRH) başçısı Məsud Bərzani Kərkükü də kürd müstəqilliyi referendumuna daxil edəndə bunun tezalışan məsələ olacağı aydın idi.

Buna görə də, təkcə Bağdad hökuməti deyil, KRH-nin bütün qonşuları referendumun keçirilməməsi üçün xəbərdarlıq etmişdilər. Qardner yazır ki, ümumilikdə 30 milyon kürdə məskən olan Türkiyə, İran, İraqSuriya öz aralarında çox sayda fikir ixtilafının olmasına baxmayaraq kürd məsələsində bir məxrəcə gəlməyi bacardılar.

Onlar ilk növbədə Bərzaninin keçirməyə can atdığı referendumdan doğan qığılcımın onların özlərinin kürd əhalilələrini alovlandıracağından narahat idilər.

Buna baxmayaraq, İraqSuriyanın gələcəkdə də unitar bir dövlət olaraq qalacağı şübhə doğurur. Suriyada 6 ildir ki, davam edən müharibə artıq ölkəni bir çox hissələrə bölüb. İndi burda, Türkiyə Respublikasının "qarnının altında" Kürd Demokratik İttifaqı - PYD-nin nəzarətində olan böyük muxtar ərazi var.

PYD Kürdüstan İşçi Partiyası və ya PKK-nın Suriya qolu olaraq tanınır. Məhz buna görə də, Türkiyə Əsəd rejiminə qarşı döyüşən islamçılardan dəstəyini geri çəkərək, səylərini PYD-nin nəzarətində olan ərazilərin birləşməsinin qarşısını almağa yönəldib.

Öz növbəsində, Tehran İraq kürdlərinin keçirdiyi müstəqillik referendumunu ABŞ-ın qəsdi hesab edir. Tehran bu qənaətdədir ki, Amerika İrandakı sünni kürd azlığını ayağa qaldırmağa cəhd göstərir.

Kərkükün özü də qarışıq məsələdir. Onun gələcək statusu 2007-ci ildə keçirilməli olan referendumda həll olunmalıydı, lakin bu referendum keçirilmədi.

KRH-nin peşmərgə qüvvələri Kərkükü 2014-cü ildə İraq ordusu İŞİD-in qabağından qaçanda zəbt etmişdi.

Məqalədə deyilir ki, kürdlər Kərkükə yəhudilərin Qüdsə baxdıqları müqəddəsliklə baxırlar.

Onlar iddia edirlər ki, Səddam Hüseynin etnik təmizləmə siyasəti bu regiondakı demoqrafik vəziyyəti ərəb və türkmanların xeyrinə dəyişib. Və ən nəhayət, Kərkük özünün zəngin neft yataqları ilə əhəmiyyətlidir. KRH-nin neft-qaz ixracatının yarısı burdan gəlir.

Amma indi hər şeydən mühüm olan Kərkükün Tehran, Bağdad və Ankarını birləşdirməsidir.

İraqın KRH-yə qarşı hücum əməliyyatının özəyini Xalq Səfərbərlik Qüvvələri təşkil edib. Bu şiə silahlı birləşmələrinin İran İslam Keşikçiləri Korpusunun birbaşa komandanlığı altında olduğu məlumdur.

Burada aparıcı rolu korpusun Qüds qüvvələri və onun sərkərdəsi general Qassen Soleymani oynayır.

FT yazır ki, Əsəd qüvvələrinin Fərat vadisi boyunca İŞİD-in nəzarətində olan Deyr əz-Zora hücumunun da arxasında inqilab keşikçiləri dururdular.

Bu işdə İslam İnqilabı Keşikçilərinin əsas müttəfiqi Livanın “Hizbullah” təşkilatı idi. Bu qüvvələr ABŞ tərəfindən dəstəklənən Suriya kürdlərinin PYD peşmərgələrinə qarşı mövqe tutub.

Ötən cümə İrana bağlı qüvvələr Məyadin şəhərini ələ keçiriblər. Beləliklə, Tehranın Aralıq dənizinə şiə zolağı ilə dəhliz açmaq ambisiyaları gerçəkləşməyə yaxındır.

FT yazır ki, ABŞ İraqSuriya kürdlərini dəstəkləsə də, İraqın kürd siyasətində aparıcı rolu İran oynayır. General Soleymani tez-tez təkcə şiələrin üstünlük təşkil etdiyi Bağdadda deyil, həm də Tehranın müttəfiqi olan Kürdüstan Vətənpərvərlər İttifaqının (PUK) Süleymaniyyədəki bazasında olur.

Buna qəti inanılır ki, İraq qoşunlarının Kərkükü tutmasına PUK kürdlərinin bir kənara çəkilməsi imkan yaradıb.

Maraqlıdır ki, İran NATO müttəfiqi Türkiyəni də özünün antikürd planlarına cəlb edə bilib.

Ötən çərşənbə axşamı İraqın şiə qüvvələri Sincara doğru irəliləyib. Bura İŞİD-in məhv etməyə çalışdığı yezidilərin məskəni sayılır.

Qardner yazır ki, məhz buna görə də, İran və Türkiyə hazırda ABŞ-la ən pis qarşıdurma vəziyyətindədirlər. (BBC)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar