Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kürdəxanıda mənimsənilən 5 milyon manat və Şakir Alıyevin «həbsinin» pərdə arxası


Sabunçunun icra başçısı Adil Vəliyev çətin durumda


Adil Vəliyev Kürdəxanıda mənimsənilən 5 milyona görə əvvəl bələdiyyə sədrini, sonra birinci müavinin qurban verib; lakin bu da yetərli olmadığına görə Sabunçuda bəzi məmurların həbsi qaçınılmaz görünür…

Təqribən bir saat əvvəl Sabunçu rayon İcra Hakimiyyətinin başçısının sabiq birinci müavini Şakir Alıyevin həbs olunması ilə bağlı məlumat yayıldı. Lakin bundan bir qədər sonra Baş Prokururluğun mətbuat xidməti məlumat yayaraq xəbəri təkzib etdi. Xatırladaq ki, Şakir Alıyevin bir neçə gün bundan əvvəl öz xahişi ilə işdən azad olunması ilə bağlı məlumat yayılmışdı. Şakir Alıyevin uzun illər boyu Sabunçunun icra başçısı Adil Vəliyevin əsas biznes ortağı və yaxın dostu olduğundan, onun işdən azad olunması ciddi maraq yaratmışdı.

Elə indicə PİA.AZ-a eksklüziv olaraq daxil olan məlumatda bildirimlir ki, Şakir Alıyevin işdən ayrılmasının və bu gün prokurorluq orqanlarında dindiriləmsəinin səbəbi Küdəxanı qəsəbəsində köçürülən evlərə kompensasiya ödənilməsi zamanı 5 milyon manatın mənimsənilməsi olub.

PİA.AZ-ı məlumatlandıran mənbəninin sözlərinə görə Bilgəh, Nardaran, Kürdəxanı, Pirşəağı, Goradil, Novxanı, Saray, Corat istiqamətində salınan və ümumi uzunluğu 39,6 kilometr olan Bilgəh-Sumqayıt yolunun çəkilişi zamanı yol qırağında olan bəzi evlər sökülüb və həmin evlərin sakinlərinə dövlət kompensasiya ödəyib. 

Mənbənin bildirdiyinə görə yolun şərti olaraq M-1 adlandırılan sahəsində, Kürdəaxnı dairəsinin bir hissəsində olan evlər və obyektlər plana düşdüyü üşün sökülüb. Həmin sökülən  ərazidə Sabunşu rayon icra başçısının müavini Şakir Alıyev və Kürdəxanı bələdiyyəsinin sədri Sabir Əliyevlə birləşərək dövlətin ayırdığı 5 milyon manata kompensasiyasını mənimsəyiblər. Bildirilir ki, evlərin və obyektlərin sökülməsinə dövlət 7,5 milyon manatdan şox vəsait ayırıb. Ayrılan vəsaitlər isə Sabunçu rayon icra hakimiyyətinin, Kürdəxanı qəsəbə icra nümayəndəsi Rafiq Rzayevin və Kürdəxanı qəsəbə bələdiyyəsinin sədri Sabir Əlieyev tərəfindən hazırlanan sənədlərə görə ödənilib. 

PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, Şakir Alıyev bələdiyyə sədri Sabir Əliyevlə və icra nümayəndəsi Rafiq Rzayevlə birlikdə külli miqdarda saxta sənədlər tərtib ediblər. Hətta ərazidəki zibillik ərazilər, həmçinin dalanlar yaşayış sahəsi və biznes obyektləri kimi sənədləşdirilib və bu yolla dövlətin 5 milyon manata yaxın vəsaiti mənimsənilib.

Mənbə bildirir ki, baş verən maliyyə maxinasiyasında icra başçısı Adil Vəliyevin xəbəri olub və təbii ki, mənimsənilən vəsaitin bir hissəsi də Şakir Alıyev vasitəsi ilə icra başçısına çatdırılb. Bir müddət əvvəl maxinasiyanın üstü ərazidə yaşayan sakinlərin şikayətləri üzərinə açılıb. Bundan sonra isə yaranmış vəziyyətdən qorxuya düşən Adil Vəliyev qəsəbəyə gələrək sakinlərlə görüşüb. Bir gün sonra isə Kürdəxanı bələdiyyəsinin sədri Sabir Əliyev vəzifəsindən azad olunub. Onun yerinə Həqiqət Zeynalova təyin olunub. Bu barədə məlumatı isə «Yeni Müsavat» qəzeti yayıb.

Mənbə bildirir ki, bələdiyyə sədrinin işdən azad olunmasına baxmayaraq Adil Vəliyev işin üstünü ört-basdır etməyə nail ola bilməyib. Mənimsənilən vəsait milyonlarla manat olduğuna görə iş böyüyüb və bir neçə gün əvvəl Adil Vəliyev ən yaxın dostu və biznes şəriki Şakir Alıyevi qurban verməli olub. Şakir Alıyev öz ərizəsi ilə işdən azad olunub və bununla da məsələni ört-basdır etməyə çalışıblar.

Lakin bu gün Şakir Alıyev məsələ ilə prokurorluq orqanlarına çağrılaraq dindirilib. Mənbənin bildirdiyinə görə baş verənlərlə bağlı Şakir Alıyevin, bələdiyyə sədri Sabir Əliyevin və icra nümayəndəsi Rafiq Rzayevin həbsi gözlənilir. Həbs olunmamışdan əvvəl isə mənimsənilən vəsaitin geri alınması üçün işlər aparıldığı qeyd olunur.

Adil Vəliyevin isə taleyinin necə olacağı barədə yaxın günlərdə qərar veriləcəyi gözlənilir.

Yazıda adı keçən şəxslərin və qurumların mövqyeini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar