Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kürdəmirdə “ət reydi”


Kürdəmirdə iri və xırdabuynuzlu heyvanların müşayiətedici baytarlıq sənədi olmadan rayon daxilində və tranzit olaraq daşınmasının qarşısını almaq məqsədilə reyd keçirilib.


PİA.AZ APA TV-yə istinadən məlumatına görə, Kürdəmir Rayon Baytarlıq İdarəsinin və Kürdəmir Rayon Polis Şöbəsi Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı mal-qaranı satış üçün heyvan bazarına aparan yük maşınları saxlanılaraq, yoxlamalara cəlb edilib. Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Baytarlıq Xidmətinin müvafiq əmrləri ilə yerlərdə baytarlıq fəaliyyətini gücləndirmək məqsədilə keçirilən maarifləndirmə və nəzarət xarakterli reyd zamanı 30-a yaxın yük avtomobili saxlanılıb, heyvanlar baytar həkimlər tərəfindən kliniki baxışdan keçirilib, sürücülərə və mal-qara sahiblərinə tətbiq edilən yeniliklər barədə məlumat verilib, onlar müvafiq dövlət rüsumlarını ödəməklə müşayiətedici baytarlıq şəhadətnaməsi əldə ediblər. Reyd zamanı müvafiq baytarlıq sənədi olmadan mal-qaranın daşınması ilə məşğul olan şəxslər 20 manatdan 25 manatadək cərimələnib. Reydin keçirilməsində əsas məqsəd müşayiətedici baytarlıq sənədi olmadan heyvanların rayondaxili və tranzit danışmasının qarşısını almaq və bu yolla mal-qara arasında epizotik duruma nəzarəti gücləndirmək, müxtəlif yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaqdır. 

Reyd zamanı mal-qara daşıyan bəzi yük avtomobillərinin sürücüləri polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayaraq qaçmağa cəhd göstərsə də, bunun qarşısı alınıb. Bəzi sürücülərin daşıdığı heyvanların müvafiq baytarlıq sənədinin olmaması ilə yanaşı özlərinin sürücülük vəsiqəsinin və digər lazımi sənədlərinin olmadığı aşkarlanıb, onlar barəsində polis əməkdaşları tərəfindən lazımi tədbirlər görülüb. Reydin gedişində sürücülərlə baytarlıq xidməti əməkdaşları arasında mübahisələr də yaşanıb.

Kürdəmir Rayon Baytarlıq İdarəsinin və hüquq-mühafizə orqanlarının keçirdiyi bu reyd respublikada ilk dəfə təşkil olunub. Gələcəkdə bu istiqamətdə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar