Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kürdəmirdə quşların kütləvi tələfatın səbəbi açıqlandı


Dövlət Baytarlıq Nəzarəti Xidməti bir sıra kütləvi informasiya vasitələrində (KİV) Kürdəmir rayonun Sığırlı kənd sakini Mahir Həsənovun təsərrüfatındakı 2 aylıq quşların tələf olması ilə bağlı yayılan məlumatları araşdırıb


DBNX-dan Lent.z-a verilən məlumata görə, bununla əlaqədar aprelin 11-də  Kürdəmir Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən həmin təsərrüfatda araşdırma aparılıb. Araşdırma zamanı quşlar arasında tələfatın yalnız Kürdəmir rayonun Sığırlı kənd sakini Mahir Həsənovun təsərrüfatında baş verdiyi müəyyən edilib, rayonun digər təsərrüfatlarında isə xəstəliklərdən kütləvi ölüm halı qeydə alınmayıb. Həmçinin araşdırmalar zamanı təsərrüfat sahibinin özbaşına, baytar həkiminə müraciət etmədən baytarlıq aptekindən müxtəlif dərman preparatları alması və quşlara verməsi müəyyən olunub.
 
Tələf olmuş quşlar baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib, həyət və toyuq hini dezinfeksiya edilib.
 
Ölən quşlardan nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Respublika Baytarlıq Laboratoriyasında aparılan müayinənin nəticəsinə əsasən quşların zəhərlənmədən və koksidioz xəstəliyindən tələf olması müəyyən edilib. Patoloji-anatomik yarma zamanı isə quşların bağırsaqlarında külli miqdarda askarid qurdları aşkar olunub.
 
Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev quşlarında, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda və quşlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar