Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kudrin “Telegram”ın bloklanmasına qarşı çıxdı

“Telegram”ın bloklanması Rusiya iqtisadiyyatının rəqəmsallaşmasını çətinləşdirir


Lent.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın sabiq maliyyə naziri, Strateji Tədqiqatlar Mərkəzinin sədri Aleksey Kudrin deyib.

A. Kudrin bildirib ki, Rusiyada əməyin məhsuldarlığının artırılması sahəsində yeni imkanlar var. Yaxın illərdə rəqəmsallaşma bu göstərici üzrə artımın üçdə birini təmin etməlidir. Sabiq nazirin fikrincə, messencerin bloklanması məsələsi kifayət qədər düşünülməyib: “Mənə elə gəlir ki, bu qərar, bu əməliyyat kifayət qədər hazırlıq olmadan aparılıb. İstifadəçilər üçün bu cür nəticələr verən situasiya yaratmaq lazım deyildi”. O, nəticələrin çox ağır olduğunu söyləyib.

A. Kudrin qeyd edib ki, messencerin bloklanması onun təşəbbüskarlarının gözlədiyi nəticələri verə bilməz: “Şübhəsiz ki, təhlükəsizlik məsələsi əhəmiyyət daşıyır. Lakin bu addım bu cür nəticələnməməlidir. Dərhal görünür ki, bloklanmanın təşəbbüskarları bu addımlarının bütün nəticələrini dərk etməyiblər. Onlar ciddi düşünməli idilər”.  
 
Xatırladaq ki, aprelin 13-də Moskva şəhər Taqansk rayon Məhkəməsi “Roskomnadzor”un iddiası əsasında “Telegram”ın bloklanması barədə qərar çıxarıb. Bu qərar messencer rəhbərliyinin istifadəçi məlumatlarına çıxış əldə etmək istəyən Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) lazımi “açar”ları təqdim etməkdən imtinası ilə bağlıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar