Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kuba mətbuatı Qurtuluş Günündən yazdı - Foto


Kubanın nüfuzlu “Bohemia” jurnalı və ölkənin ən çox ziyarət olunan internet resursu “EcuRed” elmi-kütləvi ensiklopediyasında 15 iyun – Milli Qurtuluş Günü ilə bağlı məqalələr yerləşdirilib


Azərbaycanın Kubadakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, məqalələrdə Azərbaycanın müstəqilliyinin ilk illərində qarşılaşdığı çətinliklər və Ermənistanın işğalçılıq siyasəti barədə məlumat verilib, ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edilib.

“Bohemia” jurnalında yer almış məqalənin müəllifi Maria Viktoriya Valdes qeyd edir ki, hər il 15 iyun tarixini qardaş Azərbaycan xalqı və hökuməti Milli Qurtuluş Günü olaraq qeyd edir. Bildirilir ki, bu mühüm tarixi hadisə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı və onun Azərbaycanın dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi yolunda müstəsna xidmətləri ilə bağlıdır.

Azərbaycanın yaxın tarixindən bəhs edən müəllif, ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyindəki fəaliyyətindən bəhs edib. Keçmiş SSRİ ərazisindəki dağıdıcı proseslərin xüsusi ilə Azərbaycana ağır təsir etdiyini vurğulayıb və M.Qorbaçovun yürütdüyü siyasətə Heydər Əliyev tərəfindən qəti etiraz olunduğunu bildirib.

Məqalələrdə Ermənistanın Azərbaycana qarşı təcavüzündən söz açılıb, Sovet İttifaqının süqutundan sonra 1991-ci ildə yeni müstəqillik qazanmış Azərbaycanın böyük çətinliklərlə üzləşdiyi qeyd edilib. Lakin ölkənin parçalanma və vətəndaş müharibəsi təhlükəsindən xilas olaraq, gələcək inkişafının təmin edilməsi məhz Heydər Əliyevin 1993-cü ilin 15 iyun tarixində Ali Sovetin sədri seçilməsindən sonra həyata keçirdiyi yorulmaz fəaliyyəti sayəsində mümkün olduğu diqqətə çatdırılıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına və gücləndirilməsinə nail olub, ölkənin milli inkişaf konsepsiyasının əsasını qoyub.

“Bohemia” jurnalında dərc edilmiş məqalədə həmçinin Azərbaycanın iqtisadi inkişaf templəri haqda məlumat verilib. Cənubi Qafqaz regionu iqtisadiyyatının 80 faizinin məhz Azərbaycanın payına düşdüyü, habelə Xəzər dənizi regionunda mühüm maliyyə, iqtisadi, turizm və infrastruktur mərkəzinə çevrilmiş Azərbaycanın beynəlxalq miqyasda sərmayələr yatıran və humanitar yardımlar göstərən donor ölkə olduğu diqqətə çatdırılıb.

Bildirilib ki, cəmiyyətin bütün sahələrində uğurla inkişaf edən Azərbaycanda mövcud olan milli birlik və həmrəylik ideyaları da məhz görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının bəhrəsidir. (teleqraf.com)

pia.az 





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar