Cümə, 18 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Kriptovalyuta bazarında qiymətlər “oynayır” – Bitkoin yenə düşdü

Dünyanın ən populyar kriptovalyutası olan bitkoin həftə sonunda qeydə alınan 2 faizlik artımdan sonra bu gün cüzi ucuzlaşıb


Trend-in məlumatına görə, bitkoinin qiyməti 8 min dollar həddində qalıb.

Belə ki, “CoinMarketCap” portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 0,44% ucuzlaşaraq 8,054 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, “Ethereum” 0,78% və ya 507,95 dollaradək ucuzlaşıb, “Ripple” 1,66% (0,65 dollara qədər), “Bitcoin Cash” isə 0,91% (75,75 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 323,63 milyard dollar təşkil edir. Bu göstəricinin 42%-ə yaxını bitkoinin payına düşür.

pia.az
Etiket:
loading...