Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kremlin böyür-başındakı erməni mafiozlar


Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin, o cümlədən prezidentlər arasında şəxsi münasibətlərin yüksək səviyyədə olmasına baxmayaraq Moskvanın Qafqaz siyasətində ermənilərin xeyrinə meyllənmə vaxtaşırı olaraq özünü büruzə verir


Virtualaz.org xəbər verir ki, Kremlin siyasətinə təsir edən   bütün digər amillərlə yanaşı Rusiyadakı erməni oliqarx-mafioz qruplaşmalarının da rolunu nəzərə almaq lazımdır.

Hansı ki, belə oliqarx-mafiozların bir çoxu Kreml administrasiyasından tutmuş Xarici İşlər Nazirliyinə, Müdafiə Nazirliyi və digər güc strukturlarına ciddi təsir imkanları qazanıblar. Birmənalı şəkildə qeyd etmək olar ki, Rusiyadakı erməni oliqarxları bütün digər keçmiş sovet respublikalarından çıxmış oliqarx-milyarderlərlə müqayisə olunmaz dərəcədə yüksək siyasi təsir rıçaqlarına malikdir. Və onlar həmin rıçaqlardan “erməni işi” naminə istifadə edirlər.



Ola bilsin ki, məsələn, Rusiyadakı azərbaycanlı oliqarxların malik olduqları məcmu kapital erməni oliqarxlarının məcmu kapitalını dəfələrlə üstələyir. Lakin söhbət siyasi təsir imkanlarına gəldikdə bu müqayisə açıq-aşkar erməni oliqarx-mafiozlarının xeyrinə dəyişəcək. Çünki Rusiyadakı erməni oliqarxları öz kapitallarının sanballı hissəsini “ümumerməni məsələsi” naminə sərf edirlər və Moskvanın siyasət dəhlizlərində özlərinə möhkəm yer edirlər.

“Forbes”in siyahısına əsasən Rusiyanın ən zəngin adamlarının siyahısında yer alan ermənilər arasında ən zənginləri 6.8 milyard dollarla “Magnit” parakəndə satış şəbəkəsinin majoritar səhmdarı və baş direktoru Sergey Arutyunyan (Qalitski), 3.4 milyard dollarla “Taşir” qrupunun prezidenti Samvel Karapetyan, 2 milyard dollar kapitalla “Rosqostrax”ın prezidenti Danil Xaçaturov, 1 milyard dollara yaxın kapitalla investisiya bankiri Ruben Vardanyanın və digərlərinin adlarına rast gəlirik. Lakin Rusiyadakı “bir nömrəli” erməni-mafioz şübhəsiz ki,  Rusiya Erməniləri İttifaqının rəhbəri, milyarder, çoxprofilli “Soqlasie” şirkətinin sahibi Ara Abramyandır.



Abramyan almaz ticarəti hesabına varlanıb. Onun qardaşı Qaqik vaxtilə Ermənistanın iri almaz emalı müəssisəsinə başçılıq edirdi. 90-cı illərdə Abramyan Rusiyada almaz biznesinə girib, özünün dediyi kimi “iki-üç il bu biznesdə fırlanıb”. 1998-ci ildə onun şirkəti Rusiyada 12 milyard dollarlıq ehtiyatlara malik  Lomonosov almaz yatağını işlədən “Severalmaz” şirkətinin səhmlərinin 53 faizini Cənubi Afrikanın “De Beers” şirkəti ilə birlikdə almışdı. 2002-ci ildə Abramyan həmin səhm paketini ALROSA şirkətinə satdı.

Abramyanın şirkəti uzun illərdir ki, Rusiya prezidentinin İşlər İdarəsinin sifarişi ilə bir sıra iri layihələri reallaşdırıb. Prezidentin İşlər İdarəsinin nəzdindəki “Nazaryevo” aqrosənaye kompleksinin səhmlərinin 58 faizə yaxını Abramyanın nəzarətində idi. Həmin kompleksin istehsal etdiyi ekoloji təmiz məhsullar birbaşa prezident Boris Yeltsinin masasının üstünə gedirdi. Və 90-cı illərin sonlarında , Yeltsin hakimiyyəti dövründə Rusiya utilizasiya olunmaq adı altında ordudan silinən 1 milyard dollarlıq silah-sursatı gizlicə Ermənistana verəndə bu işin arxasında duranlardan birinin məhz Abramyan olduğu aydın idi.

Abramyanın Rusiya prezidentinin İşlər İdarəsi ilə biznes əlaqələri 2010-cu ildə “Nazaryevo” şirkətinin ləğvindən sonra da dayanmadı. Əksinə o, Kremllə əlaqələrini daha da gücləndirdi və digər erməni oliqarx, “Taşir” qrupunun sahibi Samvel Karapetyanı da İşlər İdarəsi ilə əməkdaşlığa cəlb etdi.



Abramyan Kremlin rekonstruksiyasını həyata keçirənlərdən biridir, nəinki rus dilində, eləcə də erməni dilində bərbad danışan bu oliqarx varlandıqca Rusiya hakim elitası ilə daha sıx münasibətlər qurub. Hazırda o, Rusiya prezidenti yanında millətlərarası münasibətlər üzrə Şuranın komissiyalarından birinə sədrlik edir. Xarici işlər naziri Sergey Lavrov da daxil olmaqla bir çox yüksək vəzifəli şəxslərlə yaxın dostluq əlaqələri qurub. İnternetdə isə uzun müddət belə şaiyələr dolaşırdı ki, Abramyanın arvadı Putinin keçmiş arvadı Lyudmilanın bacısıdır. Hərçənd bu şaiyələr doğru olmasa da belə Abramyanın Putinə də çıxış imkanlarının olduğu şübhəsizdir.

Bu ilin aprelində Moskvadakı məşhur “Safisa” şadlıq sarayında (vaxtilə Telman İsmayılova məxsus idi) Abramyan özünün 60 illik yubileyini təntənə ilə qeyd edəndə onu təbrik etməyə şəxsən Sergey Lavrov, Putinin mətbuat katibi Dmitri Peskov, Ermənistan prezidenti Serj Sərkisyan, Rusiya siyasi elitasının bir çox üzvləri, iri biznesin və dövlət korporasiyalarının  rəhbərləri şəxsən qatılmışdılar.

Ara Abramyanın sayəsində Rusiya Erməniləri İttifaqı həm Rusiyada, həm Ermənistanda söz sahibidir. “Kommersant” yazır ki, Rusiyada fəaliyyət göstərən çoxsaylı ictimai təşkilatlar arasında Abramyanın ittifaqı proseslərə təsir gücü baxımından həmişə xüsusi yer tutur.



Abramyan həm də rəsmi olaraq Rusiyanın ən varlı ermənisi statusunu daşıyan Samvel Karapetyanın ortağıdır. Hərçənd bəzi məlumatlara görə Abramyanın pulları Karapetyandan daha çoxdur. Karapetyanın “Taşir” qrupunda Rusiya mənbələrinin məlumatlarına görə 200-dən çox şirkət yer alır.

Bu həmin Karapetyandır ki, 90-cı illərin əvvəllərində sahibkarlıq fəaliyyətinə Kaluqa şəhərində balaca ərzaq dükanı açmaqla başlamışdı. Heç kimin ağlına da gəlməzdi ki, həmin balaca dükanın sahibi Rusiyanın ən zəngin oliqarxlarından birinə çevriləcək. Karapetyan Kaluqada varlandıqdan sonra “Taşir” qrupunu yaratdı və orada otellər, ticarət mərkəzləri, inzibati binalar inşa etməyə başladı.

Deyilənlərə görə Karapetyanın iri biznesə gəlişi Kaluqanın o zamankı erməni əsilli qubernatoru Anatoli Artamanovun sayəsində baş vermişdi. 2000-ci illərin əvvəllərində isə Karapetyan Moskvada biznes üfüqləri fəth etməyə girişdi. Və orada özünə Ara Abramyan kimi nüfuzlu “krışa” tapdı. Nəticədə onun çoxprofilli şirkətlər qrupu Prezident Administrasiyası da daxil olmaqla Rusiyanın bir çox nazirliklərindən, dövlət korporasiyalarından ən çox sifariş alanlardan biridir.



“The Moscow Post” yazır ki, təkcə 2015-ci ildə “Taşir” qrupu 52 milyard rubldan çox məbləğdə dövlət sifarişləri alıb. Son iki ildə isə Karapetyanın dövlət korporasiyaları və strukturlarından aldığı sifarişlərin həcmi 2 milyard dollardan çoxdur. Maraqlıdır ki, Karapetyana ən çox sifariş verən dövlət korporasiyası “Qazprom”dur.  Korporasiya “Taşir” qrupuna təkcə 2015-ci ildə 39 milyard rubla yaxın sifarişlər verib. Bu, Karapetyanla “Qazprom” rəhbərliyi arasında işgüzar-dostluq münasibətlərinin hansı səviyyədə olmasını göstərir.

Virtualaz.org qeyd edir ki, “Qazprom” həm də Rusiyada bir sıra iri KİV-lərin səhmlərinə nəzarət edir. Vaxtaşırı olaraq həmin KİV-lərdə Azərbaycana qarşı yazılarla rastlaşanda Azərbaycanda Karapetyan və “Qazprom” arasındakı münasibətləri də yada salmaq lazım gəlir.



Karapetyanı yaxından tanıyanlar deyirlər ki, onun “Taşir” qrupu sanki qapalı dövrədir. Karapetyanın şirkətləri materialları özləri istehsal edir, özləri daşınmaz əmlak inşa edir, həmin obyektlərə elektrik enerjisi verir, sonra inşa edilmiş kvadratmetrləri elə öz kafelərinə və restoranlarına, kinoteatrlarına icarəyə verir. “Əgər sən onun yanına hansısa ideya ilə getsən, hazır layihə, smeta təqdim etsən sabah götürüb özləri bunu edəcəklər. “Taşir”in qapalı dövrəsinə girmək üçün gərək bu korporasiyanın bir hissəsi olasan”-Karapetyanın keçmiş biznes tərəfdaşlarından biri deyir.

2015-ci ildə Ermənistanda elektrik enerjisi tariflərinin artırılmasına etiraz olaraq “elektromaydan” başlayanda Rusiyanın “İnter RAO” şirkəti Ermənistan elektrik şəbəkəsini və Razdan elektrik stansiyasını Karapetyanın qrupuna satdı. Karapetyan deyirdi ki, ziyanla işləyən elektrik şəbəkəsini almağı ondan prezident Serj Sərkisyan xahiş etmişdi. Hansı ki, Karapetyanın qardaşı Aram Karapetyan Sərkisyanın administrasiyasının rəhbəri olub, indi deputatdır və Samvelin Ermənistandakı biznesini “fırladır”.



Yaxud investisiya bankiri, “Troyka Dialog” investisiya şirkətinin keçmiş sahibi Ruben Vardanyan barədə. Ruben Vardanyan 2011-ci ildə “Troyka Dialog”u “Sberbank”a 1.35 milyard dollara satandan sonra “AvtoVAZ”ın və “Kamaz”ın səhmlərinin bir hissəsini alıb. O da Rusiyanın hakim elitası ilə güclü əlaqələrə malik olan erməni mafiozdur. Vardanyan Rusiya Dəmir Yollarının keçmiş rəhbəri, prezident Vladimir Putinin dostu Vladimir Yakuninlə yaxın əlaqələrə malikdir, onun yaratdığı “Svilizasiyalar dialoqu”fondunun idarəetmə şurasına daxildir. Vardanyan özünün ailə fondu “RVVZ Foundation» vasitəsilə 2014-cü ildə Ermənistanda “Dilican Kolleci” adlı beynəlxalq məktəb açıb, bu layihəyə 150 milyon dollar xərcləyib. 2015-ci ildə “Phoenix Advisors” adlı yeni şirkət açan Vardanyanın ofisi Kremlin yaxınlığında yerləşən, Moskvanın ən prestijli biznes-mərkəzlərindən olan “Romanov Dvor”da yerləşir. O, həm də “Sberbank”ın rəhbəri German Qrefin müşaviridir.



Ermənistanı idarə edənlər Rusiyanın biznes-elitasında təmsil olunan nüfuzlu ermənilərlə həmişə hesablaşıblar. Çünki məhz həmin ermənilər Rusiyanın Ermənistana dair siyasətinin formalaşmasında söz sahibidir. Təsadüfi deyil ki, Ermənistanın indiki baş naziri Karen Karapetyan “Qazprom”un menecerlərindən biri idi. Yaxud keçmiş prezident Robert Köçəryan hakimiyyətdən uzaqlaşandan sonra öz yerini Rusiyada tapdı və Ermənistanda, o cümlədən Azərbaycanın işğal altındakı ərazilərində apardığı talançılıq hesabına topladığı milyardları “Sistema” maliyyə korporasiyasına yatırıb onun direktorlar şurasına daxil oldu. Bu, Rusiyanın ən iri maliyyə korporasiyalarından biridir, hərçənd direktoru Vladimir Yevtuşenkov iki il əvvəl Kremllə oyun qaydalarını pozduğu üçün cəzalandırılmışdı.

Ermənilər Rusiyanın təkcə iri biznesində deyil, Kremlyönümlü KİV-lərində də sanballı şəkildə təmsil olunurlar. Təkcə “Rossia Today” telekanalının direktoru Marqarita Simonyanın adını çəkmək kifayətdir ki, Rusiya ermənilərinin bu ölkədə ictimai-siyasi proseslərə hansı təsir imkanları olduğu barədə təsəvvür yaransın.



Rusiyadakı erməni oliqarx-mafioz dairələrinin Kremlin siyasətinə təsir imkanları barədə daha çox faktlar sadalamaq olar. Lakin əsas məsələ budur ki, həmin dairələr bəzən  uzunmüddətli planda Rusiyanın geosiyasi maraqlarına və milli təhlükəsizliyinə də zərər vurmaq cəhdləri göstərirlər. Məsələn, Rusiyanın Azərbaycan kimi mühüm strateji tərəfdaşı ilə münasibətlərə xələl gətirirlər.

...”Forbes” jurnalının rus versiyasının hələ 2006-cı ildə hazırladığı məqalədə deyilirdi ki, Rusiyadakı erməni diasporunun əlində cəmləşən məcmu kapital 100 milyard dollardan çoxdur. Və hər şənbə erməni diasporunun nüfuzlu nümayəndələri Moskvakı  “Ararat Park Hyatt” otelinə toplaşıb “Mafiya” oyununun növbəti seansında öz rollarını alırlar. Həmin qapalı toplantılarda iri erməni biznesmenləri “mafiozlara” və “dinc sakinlərə”, “Doktora”, “Komissar Katniyə” çevrilirlər. Və söz döyüşü başlayır, bu döyüşün gedişində kimin daha təmiz olduğu aydınlaşdırılır. Bir sözlə, erməni diasporu yox, əsl mafiyadır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar