Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kremlin Aprel savaşında İrəvana məxfi tapşırığı


Rusiya Ermənistanda keçiriləcək parlament seçkisinə aktiv müdaxilə edir


Bunu “Krım.Realiyi” portalına müsahibəsində erməni politoloq Tiqran Xzmalyan söyləyib. O, Rusiyanın Ermənistanı yekun olaraq öz nəzarəti altına almaq istədiyini bildirib:

“Birincisi onu qeyd etmək lazımdır ki, Rusiya Ermənistanı prezident respublikasından parlament respublikasına çevirmək üçün çox iş görüb. Bununla da nəzarət edilə bilməyən lider, yəni “Lukaşenko sindromu”nun qarşısı alınıb. Serj Sərkisyan artıq Kremlə sərf etmir. Rusiya daha çox amorf siyasi situasiya yaratmaq istəyir. Belə olan halda isə mövcud olan institutlardan heç biri onun təsirinə qarşı müqavimət göstərə bilməyəcək. Moskvaya idarəetmə sisteminin dəyişdirilməsinin nəyə görə vacib olması ötən yaz, daha doğrusu, Dördgünlük müharibə zamanı aydınlaşdı. Azərbaycan qoşunları iki istiqamətdə güclü hücuma keçdi. Bunlardan biri İranla sərhəd ərazilər, digəri isə Bakı-Tiflis-Ceyhan neft kəmərinə yaxın olan ərazilər idi. Bu kəmər vasitəsilə həm Azərbaycan, həm də qazax nefti Türkiyəyə, oradan da Avropaya getməlidir. Bu nöqtələrə nəzarət Kreml üçün həddən artıq vacib idi. Bununla belə, Serj Sərkisyan müharibə zamanı Putinin istədiyini etmədi, yəni kömək üçün rus əsgərlərinə müraciət ünvanlanmadı. Bu isə Putinin Sərkisyanı tam olaraq dəyişdirməsi üçün səbəb oldu. Ona görə ki, qeyri-populyar olan bu insan nə qədər paradoksal olsa da, ölkənin müstəmləkəyə çevrilməsi üçün Rusiyanın qarşısında son maneə idi”.

Xzmalyan Moskvanın erməni parlamentini idarə etmək üçün kifayət qədər rıçağının olduğunu bildirib:

“Bundan sonra ölkənin faktiki lideri baş nazir olacaq. Hazırkı Baş nazir Karen Karapetyan “Qazprom”un Direktorlar Şurasının üzvü olub. O, rusiyayönlü olan yeganə namizəd deyil və baş nazirin bütün seçkiqabağı fəaliyyəti Moskvaya doğru yönəlib. Belə bir mühit yaradılır ki, parlament seçkisinin vaxtını Moskva müəyyən edəcək. Kreml hazırda seçkidə gözlənilməzlikdən qorxur. Belə ki, siyasət iqtisadiyyatdan kənar mövcud ola bilməz. Ermənistan iqtisadiyyatının əsas sənaye sahələri hansısa yalan borclar hesabına rus şirkətlərinə verilib. Buraya energetika, dəmiryolları, aviasiya, telekommunikasiya kimi böyük sahələr aiddir. Görünür, Ermənistan artıq müstəmləkədir. Belə ki, bu dövlət şirkətlərinin hamısı Rusiya xüsusi xidmət orqanları tərəfindən idarə olunur və onların ölkədə aktivliyi son günlər daha da artıb. Rusiya xüsusi xidmət orqanları Ermənistanın bütün güc qurumlarında təsirlərini gücləndirirlər. Aprel seçkisi Ermənistanı tam olaraq Rusiyanın quberniyası edəcək”.(axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar