Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kreml “qız evində toydur, oğlan evinin xəbəri yox” durumunda

Pol C.Sonders

“Al-Monitor” (ABŞ)


Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl-Səud oktyabrın əvvəllərində Moskvaya səfər etməyi planlaşdırırmı? Rusiyanın dövlət başçısı Vladimir Putindən çoxsaylı dəvətlər alınsa da, bu suala cavab hələ də açıq qalır. Buna baxmayaraq, Kremlin bu səfəri təşkil etmək üçün göstərdiyi qətiyyət, sözsüz ki, krallığın Yaxın Şərqdə əsas rola sahibliyini etirafı açıqca göstərir.

Rusiya hökuməti Salmanın həqiqətən Moskvaya gələcəyinə israr edir. Kremlin mətbuat katibi Dmitri Peskov səfərə hazırlığı təsdiqləyib. Putinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov da. Xarici işlər naziri Sergey Lavrovun Ciddədə kral Salmanla son görüşdən sonra Rusiya Xarici İşlər Nazirliyi rəsmi səfərin "oktyabrın başlanğıcına planlaşdırıldığını" bildirib.

Buna baxmayaraq, Səudiyyə hökuməti Lavrovun kralla görüşündən sonra öz paralel bəyanatını təqdim etməyib. Lavrov, həmçinin səudiyyəli vəzifədaşı Adil əl-Cubeyrlə birgə mətbuat konfransında bu səfərdən danışmayıb.

Moskvanın rəsmi stenoqramında, Rusiyanın Xarici İşlər Nazirliyinin tipik praktikasında olduğu kimi, yalnız Lavrovun sözləri əks olunduğundan, Səudiyyə nazirinin Salmanın Rusiyaya səfər edəcəyini xatırladan heç bir məlumat yoxdur.

Daha əvvəl Rusiya KİV-ləri Səudiyyə liderlərinin səfərə razılıq verdiyini təsdiq edən Riyaddakı bir anonim mənbəyə istinad edib. Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" agentliyinin saytında "Səudiyyə kralı Salmanın fotoşəkilləri, gözlənilən səfərlə bağlı Moskvada yerləşdirilən bilbordlar" adlı bir xəbər olub (bilbordları bir rus jurnalında da dərc olunub). Maraqlıdır ki, xəbərdə deyilir: "Kreml gözləyir ki, Səudiyyə kralı Salmanın səfəri yaxın zamanlara planlaşdırılıb".

Rusiyanın Səudiyyə Ərəbistanına olan marağı çoxyönlüdür. İqtisadi olaraq Rusiya-Səudiyyə neft istehsalına və neft ixracına dair anlaşmalarla qlobal bazarlara, Rusiya iqtisadiyyatına və Rusiya hökumətinin federal büdcəsinə əhəmiyyətli dərəcədə təsir edə bilər ki, bu da enerji qiymətlərinin azalmasına baxmayaraq, hələ də neftlə bağlı vergi daxilolmalarından asılıdır. Moskva da Səudiyyə Ərəbistanını potensial investisiya mənbəyi kimi görür və davamlı Qərb iqtisadi sanksiyaları qarşısında o, böyük əhəmiyyət kəsb edir. Rəsmi Riyad Rusiya sərmayə fonduna, Rusiyanın suveren sərvət fonduna 10 milyard dollar sərmayə qoymaq da daxil olmaqla, bu investisiya fikrini “yoğurub”. Ətalət keçirən Rusiya iqtisadiyyatı, öz növbəsində, Vladimir Putinin 2018-ci il prezident seçkisinə yaxınlaşması ilə əlaqədar, Rusiyanın daxili siyasi mühitinin ana xəttini təşkil edir.

Suriyada Bəşər Əsəd rejimi ilə mübarizə aparan müxalif qrupların aparıcı sponsoru olan Səudiyyə Ərəbistanı ilə İranın gərgin münasibətləri, ABŞ-ın əsas müttəfiqi kimi imtiyazlı mövqeyi və bəzi sünni ölkələr üzərində nəzarətə malik olması, İslamın ən müqəddəs yerlərinin bu ölkədə olması onu digər sünni ərəb dövlətləri arasında yüksəldir. Rusiyanın nüfuzlu Xarici və Müdafiə Siyasəti Şurasının araşdırma üzrə direktor müavini Dmitri Suslov Suriyadakı münaqişənin Rusiyanın Səudiyyə Ərəbistanı ilə əlaqələrində aparıcı "taktiki" element olaraq qaldığını və "səfərin simvolik bir təzahürü"nün Rusiyanın Suriyada strategiyasının uğuru olaraq gördüyünü vurğulayıb. Ən əhəmiyyətlisi, Suslov fikrincə, görüşün "başda Səudiyyə deyil, Rusiya şərtləri ilə" olacağıdır.

"Rəsmi Riyad Suriyada Əsədin təcili olaraq hakimiyyətdən getməsinə ilkin tələbini dəyişdirib və Rusiyanın Suriyadakı hərəkətlərinə tənqidini ciddi şəkildə azaldıb, – D.Suslov deyib. – Əgər Moskva və Riyad Suriyaya dair razılığa gələrsə, bu, müharibəni sona çatdırmaq və rus mənafelərinə yaxınlaşmaq üçün bir sıçrayış olacaq".

Bu, əhəmiyyətli dərəcədə Rusiyanın strateji məqsədinə – dünya səviyyəsində və xüsusilə Yaxın Şərqdə müstəqil bir güc kimi rolunu gücləndirməyə mühüm bir şəkildə kömək edə bilər.

Dmitri Suslov Moskva Ali İqtisadiyyat Məktəbində baş müəllim və Valday proqram direktorudur. O iddia edir ki, Rusiya hökuməti "Yaxın Şərqi çoxlu beynəlxalq qaydada və idarəetmənin qabaqcıl bir bölgəsi kimi görür, burada bir neçə güc mərkəzləri, həm qlobal, həm də regional, kompleks münasibətlərlə məşğul olur və bölgənin inkişafını birlikdə müəyyən edir. Başqa təbirlə, Yaxın Şərqin getdikcə daha mürəkkəb qlobal geosiyasi mühitə çevriləcək və Rusiyanın böyük rolu Moskvanın qlobal geosiyasi qüvvə mövqeyini dəstəkləyəcək”.

Bu çərçivədə Suslov, Səudiyyə ƏrəbistanıMoskva üçün Yaxın Şərqə yol aça biləcək qapıçı kimi təsvir edib. "Rusiya regionda qəbul edilmiş müstəqil böyük güc rolunu oynayacaq. Riyadla müsbət əlaqələr lazımdır. Səudiyyə Ərəbistanı sünni ərəb ölkələrinin əksəriyyətinə böyük təsir göstərən bölgənin liderlərindən biri kimi qalır və eyni zamanda, Rusiya-Səudiyyə əlaqələrinin daha yaxşı olması Moskvanı Yaxın Şərqin bütün regional qüvvələri: Səudiyyə Ərəbistanı, İran, Türkiyə, İsrail və Misirlə yaxşı əlaqələr qurmasına imkan verəcək. Bu həm də Moskvaİranla qarşıdurma münasibətləri və Türkiyə ilə getdikcə problemli münasibətlər olan Vaşinqtondan daha yaxşı vəziyyətə gətirəcək”.

Suslovun fikrincə, Rusiya eyni vaxtda regional əlaqələrində ahəngdarlığı bərpa edəcək. Çünki Moskvanı qeyri-ərəb dövlətləri ilə daha yaxın, "şiə düşərgəsi”ndə olmaqda ittiham edirlər.

Bu baxımdan Kreml Salmanın mümkün səfərinə böyük ümid bağlayır. Həqiqətən də, Səudiyyə monarxı Suriyanın döyüş sahələri ilə bağlı güclü mövqeyə sahibdir. Əgər Səudiyyə liderləri ABŞ prezidenti Donald Trampın Suriyada "yaxşı bir razılaşma" adlandırması üçün “yeni Suriya”nın potensial tərəfdarlarıdırlarsa, bu, Riyadın nisbi sükutunu izah edir. Bəlkə də elə bu sükut Salmanın yaxın həftələrdə Rusiyaya səfər edəcəyinə dair Moskvanın təkidinə cavabdır.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar