Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kreml Trampın kampaniyasına necə kömək edir?


Donald Tramp Rusiya prezidentini “güclü lider” adlandırlb və onunla “yaxşı münasibətlər quracağını vəd edib"


“The Guardian” yazır ki, ABŞ-da Demokratik Partiyanın Milli Komitəsinin elektron poçtuna haker hücumunun Kreml tətəfindən həyata keçirildiyinə dair iddialar heç vaxt sübuta yetirilməyə bilər, lakin Donald Trampın prezidentlik kampaniyasına Moskvadan ən azı müəyyən dəstək verilməsinin aşkar sübutları vardır.

Məqalədə deyilir ki, bu dəstək heç də həmişə sakit tərzdə verilmir. Məsələn dekabr ayında, hələ Tramp respublikaçıların rəsmi namizədi olmazdan aylarca əvvəl Putin onu “rəngarəng, heç şübhəsiz istedadlı adam” adlandırmışdı.

“Onun xüsusiyyətlərini müzakirə etmək bizim işimiz deyildir, lakin o prezidentlik yarışında şübhəsiz liderdir” – demişdi Putin.

Bunun qarşılığında Tramp Putini “güclü lider” adlandırmış və onunla “yaxşı münasibətlər quracağını vəd etmişdi”.

“The Guardian” yazır ki, ötən həftə Dumanın xarici əlaqələr komitəsinin rəhbəri Aleksey Puşkov belə bir tvit yazmışdı: “Clinton-un kredosu ABŞ-ın müttəfiqlərini Rusiyaya qarşı səfərbər etməkdir, Trampın kredosu isə yalnız real təhlükələrə reaksiya vermək. Sağlam düşüncəyə qarşı bayağı təcavüzkarlıq”.

Məqalədə deyilir ki, Rusiyanın dövlət mediası, oğlunun dediyinə görə özünün mülkiyyət layihələrində Rusiya puluna güvənən Trampa çox rəğbətlə yanaşır.

Sibir namizədi

“The Guardian” yazır ki, respublikaçıların namizədi Trampın yaxın çevrəsində Rusiyanın maraqlarını yürüdən iki nəfərin olduğu məlumdur.

Məsələn, Tramp kampaniyasının rəhbəri Paul Manafort əvvəllər keçmiş Ukrayna prezidenti və Putinin müttəfiqi Viktor Yanukoviçin müşaviri olub.

Trampın xarici məsələlər üzrə müşaviri Karter Peyc isə uzun müddət Rusiyanın enerji nəhəngi Gazprom-la maliyyə bağlarına malik olub.

“The Guardian” yazır ki, bundan əlavə Trampın özünün bir çox bəyanatları Rusiyanın maraqlarlına çox uyğun şəkildə səslənib.

Söhbət xüsusilə də Trampın NATO-nun əsas prinsiplərindən olan 5-ci maddəyə münasibətindən gedir. Onun fikrincə, NATO, üzv ölkəyə hücum olarsa, onu yalnız həmin ölkə üzvlük haqqını veribsə müdafiə etməlidir.

Tramp həmçinin deyib ki, Rusiyaya qarşı Ukraynanın dəstəklənməsinə dair müddəa Respublikaçılar Partiyasının manifestindən çıxarılmalıdır.

“The Guardian” yazır ki, Klinton düşərgəsində kampaniya meneceri Robby Muk ABC proqramına Milli Komitənin emaillərinin Trampa kömək etmək üçün Rusiya tərəfindən sızdırıldığını söyləyib.

O deyib ki, ötən həftə məhz bundan faydalanan Donald Tramp Respublikaçılar Partiyasının platformasını daha rusiyapərəst etməyə çalışıb.

Məqalədə deyilir ki, burada ən çətin sual bu köməyin və Trampın seçilməsi üçün gizli Kreml qəsdinin miqyası, Trampın əslində Sibir namizədi olub-olmaması barədədir.
Rusiya Trump-ı maliyyələşdirirmi?

“The Guardian” iddia edir ki, Trampın özü tərəfindən maliyyələşdirilən kampaniyası üçün nə qədər pulun Moskvadan gəlməsini söyləmək üçün bütün vergi sənədlərinin açıqlanması mühümdür.

Məqalədə deyilir ki, Demokratik Partiyanın Milli Komitəsinin emaillərinin məhz Rusiya tərəfindən hücuma məruz qalması isbat olunarsa, burada söhbət artıq casusluqdan yox, həm də başqa ölkədəki siyasi proseslərə müdaxilədən gedəcək.

“The Guardian” yazır ki, Moskvanın Avropada Fransanın Marine Le Pen-indən tutmuş İtaliyada Silvio Berluskoni kimi davakar liderlərə dəstəyinin tarixçəsi mövcuddur.

Rusiyanın dövlət mediası Birləşmiş Krallıqda Brexiti təbliğ edib, Rusiya pulları Yunanıstan və Macarıstanın ifrat sağçılarına axıb.

Məqalədə deyilir ki, bütün bunlara baxmayaraq, Moskvanın müdaxiləsi mütəşəkkil qəsddən daha çox, fürsətçiliyə bənzəyir.

İndi eyni modeldən ən böyük siyasi mükafat – ABŞ prezidentliyi yarışında istifadə edilir (BBC).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar