Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kreditlərin daraltığı iqtisadiyyat


İqtisadçı-ekspert - Məhəmmədli Talıblı yazır


Dünyaca məşhur olan Edmund Conwayın dəyərli bir fikri var : ”Krediler daralınca. ekonomi durur.” Bu düşüncədən yola çıxaraq ölkədəki iqtisadi artımın sürətlə aşağı düşmə səbəblərindən birini də bu amildə görə bilərik. Kommersiya banklarının kredit resurslarından istifadə səviyyəsi xeyli aşağı düşüb.

Azərbaycanda kommersiya bankları etdikləri 2 ifratın fərqində deyillər. Biri böhrandan qabaq  az qala helipkotlerlə bütün ailələrə (2,4 mln. nəfər) kredit paylaması (verməsi yox, bəli, məhz paylaması!) idi. Digəri isə hazırda kredit torbasınnın ağzını yığaraq yürütdüyü konservativ bank siyasətidir. 

Birinci halda ”köpük” iqtisadiyyatın əlamətləri açıq sezildi. Gəlirlərə adekvat olmayan kreditlə bahalı avtomobillər, mənzillər və digər istehlak malları satın alınmışdı. Ödəmə qabiliyyəti azalan kimi məcmu tələb də zəiflədi. 

Indi isə digər ifrat sayılacaq bir siyasət - müştəriləri, xüsusilə biznes kreditlərinin  xeyli məhdudlaşdırılması hesabına sahibkarların resursa çıxış imkanları xeyli azaldılmasıdır. Borc alanı və satanı bir araya gətirən bank insitutları bu vəziyyətdə biznesi kreditsiz qoymaqla özlərini iqtisadiyyatın ”nəfəsboğucusuna” çevirirlər. Banklar bu nisbi sükunətdə ən pis halda ”gələcəkdə qazana biləcəklərini” itirirlər. Dövlət isə yaxın gələcəkdə iqtisadiyyatın butov halda bundan daha çox itirəcəyinin fərqində olmalıdır. Məhz yaranmış mövcud situasiyaya görə dövlət kredit bazarına sadəcə seyrçi kimi baxmalı deyil. Xüsusilə Mərkəzi Bank və Maliyyə Bazarına Nəzarət Palatası özünün monetar alətlərindən istifadə edib, iqtisadiyyatda əvvəlki  hərarətini təmin etmək üçün effektiv tədbirlərə başlamalıdır. 
Başa düşdük! Təkcə  bizdə yox, bütün dünya ölkələrində Mərkəzi Bankların əsas məqsədi iqtisadiyyatları anı düşüklərdən və çıxışlardan qorumaqdır. Amma bu ifrat amplitudalardan qaçaraq Mərkəzi Bank bazarda tənzimləmə alətlərini dişsiz etməli də deyil. Əks halda Mərkəzi Bankın bu davranışı bizlərə döyüş meydanında yanacağı qurtarmış zirehli texnikanın ortada qalmasını xatırladacaq. Məhz bu vəziyyətdə Mərkəzi Bankın destimulizasiyası kredit bazarındakı iştirakçıları uzunmüddətli qəbistanlıq sakitçiliyinə qərq etmək kimi bir şeydir. Biz iqtisadiyyatda devalvasiya ehtimalına görə qəbistanlıq sakitçiliyini qorumaq, yoxsa iqtisadi dinamizmin güclənməsi fonunda monetar proseslərə yön vermələliyik? Dövlətin monetar qurumları bu fundamental suala özünün preventiv addımları ilə aydınlıq gətirsə, yaxşı olar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar