Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kredit portfelinin disbalansı - Regionların kreditləşməsi böhran həddindədir


Bank üzrə mütəxəssis: “Obyektiv olan odur ki, iqtisadiyyatın mütləq çoxluğu, zəngin şəxslərin əksəriyyəti məhz Bakıdadır. Bahalı girovlar da paytaxtdadır”


“Regional disbalansın aradan qaldırılması üçün Palatanın təşəbbüsü ilə Mərkəzi Bank banklara regionların kreditləşdirilməsi üçün daha aşağı faiz dərəcəsi ilə kreditlər ayırmalıdır”.

Bu sözləri bank üzrə mütəxəssis Əkrəm Həsənov ölkə üzrə ümumi kreditləşmənin  vəziyyətini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən bankların aktivlərində kredit portfelinin (məqsədli ehtiyatlar çıxıldıqdan sonra xalis kreditlərin) payı orta hesabla 39,3% təşkil edib. 16.27 milyard manatlıq ümumi kredit portfelinin 13.79 milyard manatının Bakının payına düşdüyünü nəzərə alsaq, ümumi kreditləşmənin 85 faizi Bakıda həyata keçirilir. Mikro kreditləri də nəzərə alsaq, istehlak kreditlərinin ümumi kredit portfelində payı nə qədərdir və mövcud şəraitdə bankların kredit portfelinə düşən pay qənaətbəxş hesab oluna bilərmi? Ümumi kreditləşmənin 85 faizi Bakıda həyata keçirilirsə, o zaman kənd rayonlarının kreditləşməsinin vəziyyəti ilə nə yerdədir və  kənd təsərrüfatının kreditləşməsində hansı problemlər var? Eyni zamanda Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank kreditləşmədə regional disbalansın aradan qaldırılması üçün hansı addımlar atmalıdır?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı “Antikollektor” MMC-nin direktoru, bank üzrə mütəxəssis Əkrəm Həsənovun fikirlərini öyrənib.

Image result for əkrəm həsənov pia.az

Əkrəm Həsənov: “İqtisadiyyatın mütləq çoxluğu, zəngin şəxslərin əksəriyyətinin məhz Bakıda olması regional disbalansın yaranmasına şərait yaradır”.


İstehlak kreditlərin həcminin qənaətbəxş olduğunu bildirən bank üzrə mütəxəssis Əkrəm Həsənov qeyd edib ki, regional disbalansın aradan qaldırılması üçün faiz dərəcəsi aşağı salınmalıdır:

“İstehlak kreditlərinin ümumi kredit portfelində konkret payı haqda məlumatım yoxdur. Bunu hesablamaq da asan deyil. Çünki qanunsuz (gedər-gəlməz) kreditlərin çoxu elə istehlak kreditləri kimi verilib. Özü də iri məbləğlərlə, hətta bu bir neçə milyon manat həddində təşkil edir. Ümumən isə ölkədə fiziki şəxslərin rəsmi gəlirinin aşağı olmasını nəzərə alsaq, istehlak kreditlərinin həcmi qənaətbəxşdir. Amma böyük ehtimalla azalan xətlə gedəcək. Çünki banklar hazırda belə kreditləri verməyə qorxur. 

Kredit portfelinin mütləq əksəriyyətinin Bakıya düşməsinə gəldikdə burada obyektiv və subyektiv məqamlar var. Obyektiv olan odur ki, iqtisadiyyatın mütləq çoxluğu, zəngin şəxslərin əksəriyyəti məhz Bakıdadır. Bahalı girovlar da paytaxtdadır. Subyektiv aspektə gəldikdə isə regionlarda hüquqi və maliyyə savadlılığı daha aşağıdır. Hətta elan olunan məbləğlərin də xeyli hissəsi reallıqda borc alanlara çatmır, yeyib-dağıdılır ("şapka" və s. formada). Bu disbalansın aradan qaldırılması üçün Palatanın təşəbbüsü ilə Mərkəzi Bank banklara regionların kreditləşdirilməsi üçün daha aşağı faiz dərəcəsi ilə kreditlər ayırmalıdır. Yəni, heç olmasa bunu etsinlər”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar