Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Korrupsiyada ittiham olunan direktordan - Açıqlama


Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva müavini Asya Şirəliyeva tərəfindən ona qarşı irəli sürülən korrupsiya ittihamlarına münasibət bildirib


R. Tağıyeva “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, hələ ki, əsassız çıxışlar etmək niyyəti yoxdur: “Hazırda Mədəniyyət və Turizm Nazirliyi məsələ ilə bağlı araşdırma aparır. 

Araşdırmanın nəticəsi ictimaiyyətə məlum olacaq. Ona görə mövqe bildirmək istəmirəm ki, qoy araşdırmanın nəticəsi obyektiv olsun”.

R. Tağıyeva müavini ilə arasında olan münasibətlərdən də danışıb. Onun sözlərinə görə, Asya Şirəliyeva ilə münasibətləri gərgin deyil: “O, əvvəllər muzeydə elmi işçi idi. Mən onu 2009- cu ildə direktor müavini etmişəm. Onun nə 62 yaşı, nə də perspektivi var.  Mən  işdən əlavə, ona başqa yerlərdə işləməyə imkan verirdim. Turlar aparırdı.  Mənim təqdimatımla nazir onu direktor müavini təyin edib. Mən özüm də onun qərəzinin səbəbini bilmirəm. Buna təəccüblənirəm. Biz yeni binaya köçəndən sonra o bu kampaniyanı başladıb.  Hər halda nazirlik məsələni araşdırır, səbəbləri ictimaiyyətə məlum olacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Ən çox oxunanalar