Cümə, 22 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Körfəzdə müharibə başlaya bilər...

PİA.AZ Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin yazısını təqdim edir


İran bəyan edib ki, neft ixracına mane olunarsa,Hörmüz boğazını bağlayacaq. Qeyd edim ki, Fars körfəzindən okena Hörmüz boğazı vasitəsilə dünyanın 20% nefti dünya bazarına çıxarılır. Rəsmi Tehranın bu bəyanatı, ciddi əhəmiyyət kəsb edir və bu dünya da enerji böhranına yol aça bilər.

İran prezidenti Həsən Ruhanı yaşanan problemlər fonunda Avropaya səfər edib. Onun səfərinin məqsədi Avropa dövlətləri ilə iqtisadi əlaqələri qoruyub saxlamaq və ABŞ-ın sanksiyalarını neytrallaşdırmaqdır. Tehranın Nüvə fəaliyyətini bərpa etməsi və Hörmüz boğazanı bağlamaqla bağlı bəyanatı, Ruhaninin Avropaya səfəri ilə üst-üstə düşmür. Ruhani bu səfərlə, həm də daxildə özünə qarşı müxalifliyi neytrallaşdırmağa çalışır. Amma, bu səfərin uğursuz olacağı, mühafizəkarların Ruhaniyə qarşı daha da hücuma keçəcəyini sürətləndirəcək.

Avropa ilk növbədə İranın nüvə fəliyyətinə başlamasından narahatdır, həmçinin qitənin neftə tələbatı Hörmüz boğazından keçir. Ona görə də İranın indiki siyasəti ilə Avropa ilə əməkdaşlığı mümükün görünmür. Bundan əlavə, ABŞ məxsus tankerlər də intensiv şəkildə buradan neft daşıyır. Əgər, İran bu keçidi bağlayarsa, Səudiyyə Ərəbistanı və ABŞ-ın hərbi müdaxilə ilə üzləşəbilər. Həmçinin İsrailın də İrana hücumu reallaşa bilər.

Göründüyü kimi, İran ətrafında həlqə daralmaqdadır. İran rejimi heçdə öz ambissiyalarından geri çəkilmək fikrində deyil. Təbii ki, mötədil siyasətçi Ruhani Qərblə anlaşıb, Yaxın Şərqdə əməliyyatlarda İranın rolunu azaldıb, nüvə zənginləşməsinə son qoya bilər. Amma, o, daxildə güclü mühafizəkarların təzyiqi ilə üzləşə biləcəyindən çəkinir.

ABŞ, İrana qarşı mümükün vasitələrdən istifadə edib, rejimi zəiflətmək istiqamətində siyasətindən geri çəkilməyəcək. Burada, təbii ki, həssas məsələ Hörmüz boğazıdı. Tehran buna gedərsə, müharibə başlaya bilər.

pia.az
Etiket:
loading...