Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Körfəz böhranı Türkiyə və İranı bir araya gətirə bilərmi? - Vüqar Zifəroğlu ilə müsahibə


“Rəsmi Ankara böhranın daha da dərinləşməsinin qarşını almaq üçün bütün diplomatik səylərdən istifadə edəcək”


Qətər xarici faktorlardan yararlanaraq, ərəb ölkələri arasında öz nüfuzunu yüksəltməyi və əzəli rəqibi Səudiyyəni qabaqlamağı hədəf götürür”.

Məlumdur ki, son günlər gündəmin ən aktual mövzularından biri körfəz ölkələri arasında yaşanan gərginlik oldu. Belə ki, mövcud gedişatda Türkiyə parlamenti Qətər Əmirliyindəki hərbi bazanın gücləndirilməsi və yeni hərbi qüvvələrin Türkiyənin Qətərdəki hərbi bazaya göndərilməsi ilə bağlı qərar qəbul etdi. Daha sonra isə Körfəz ölkələri tərəfindən diplomatik blokadaya alınan Qətərə Pakistan tərəfindən dəstək gəldi. Pakistan Körfəz regionunda böhranın aradan qaldırılmasına dəstək vermək üçün Qətərə 20 min pakistanlı əsgər göndərəcəyini bəyan etdi. Qərb analitiklərinə görə, yaranmış bu vəziyyət Yaxın Şərqdə yeni geosiyasi oyunun başladığını göstərir. 

PİA.AZ Körfəz regionunda baş verən son olaylarla bağlı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dekanı, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu ilə olan müsahibəni təqdim edir:

-Vüqar bəy, Türkiyə parlamentinin Qətər Əmirliyindəki hərbi bazanın gücləndirilməsi və yeni hərbi qüvvələrin Türkiyənin Qətərdəki hərbi bazaya göndərilməsi ilə bağlı qərarı Ankaranın körfəz böhranında birmənalı olaraq Qətərin yanında yer alması anlamına gəlirmi və bu qərar Türkiyənin Yaxın Şərqdəki əsas müttəfiqlərindən biri hesab olunan Səudiyyə Ərəbistanı ilə münasibətlərinə necə təsir edə bilər? Səudiyyə ilə münasibətlər Misirlə olan münasibətlər qədər korlana bilərmi və bu Türkiyənin Yaxın Şərqdəki mövqeyinə necə təsir edə bilər?

- Burada bir məqama diqqət çəkmək istərdim. Türkiyənin son illərdə sərgilədiyi Yaxın Şərq siyasətində Qətərlə müttəfiq münasibətləri digər ərəb ölkələri, o cümlədən də Səudiyyə Ərəbistanı ilə  müqayisədə özünü daha artıq dərəcədə göstərir. Hətta Misirdə Mursi iqtidarı devrildiyi zaman da rəsmi Ankara bu çevrilişi qınamışdı və bununla da əslində Səudiyyədən fərqli olaraq Qətərin müdafiə etdiyi “İxvan”a öz simpatiyasını sərgiləmişdi. Yəni, əslində rəsmi Ankaranın bu münaqişədə Qətərin yanında yer alması, şəxsən mənim üçün təəccüblü deyil, əksinə tam gözlənilən idi. Lakin hazırda Türkiyə tərəfi daha çox münaqişənin tezliklə həll edilməsi üçün çaba sərf etmək niyyətindədir. Hər halda Türkiyə aktiv şəkildə böhranın həlli üçün dövriyyəyə girib. Əminliklə vurğulamaq olar ki, rəsmi Ankara böhranın daha da dərinləşməsinin qarşını almaq üçün bütün diplomatik səylərdən istifadə edəcək. Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən açıqlamadan da bəlli olur ki, Ankara strateji əməkdaşlıq qurduğu və regional sülh, təhlükəsizlik və sabitlik baxımından mühüm rola malik olan Körfəz Əməkdaşlıq Şurası üzvlərinin öz aralarındakı fikir ayrılıqlarını danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həll etmələrində maraqlıdır.

- Bəzi Qərb mətbuatı, o cümlədən “Reyters” kimi nüfuzlu informasiya agentliyi Körfəz böhranından III dünya müharibəsi yarana biləcəyi barədə məlumatlar dərc edirlər. Qərb analitikləri hesab edirlər ki, Qatarla olan gərginlik daxilində Səudiyyə Ərəbistanı və BƏƏ İranla müharibəyə başlaya bilər ki, bu da sonucda yeni dünya müharibəsinin başlanmasına səbəb ola bilər. Analitiklər həmçinin Tramp adminstarsiyasının təcili şəkildə Körfəz böhranını ortadan qaldırmağa çağırırlar. Bu ehtimalla bağlı nə demək olar?

- Əgər III dünya müharibəsi dedikdə adlarını çəkdiyiniz ərəb ölkələrinin İrana müharibə elan etməsini nəzərdə tutursunuzsa, bunun baş verməsi ehtimalı yoxdur. Ərəb ölkələrinin İrana və ya əksinə Tehranın ərəb ölkələrindən hər hansı birinə müharibə elan etməsi fəlakət olardı və tərəflər heç bir halda bu şəkildə radikal addıma getməzlər. Amma Yaxın Şərqdə baş verən proseslər də onu göstərir ki, bu tərəflərin biri-birilərinə hərbi-siyasi nöqteyi-nəzərdən təzyiq edə bilmələri üçün birbaşa müharibə elan etmələrinə ehtiyac da yoxdur. Bir neçə gün öncə Tehranda baş verən terror buna ən bariz nümunədir. İstər İranın, istərsə də ərəb ölkələrinin bölgədə dəstəklədikləri ciddi hərbi və lojistik gücə malik olan bu qruplaşmalar vasitəsilə rəqiblərinə istədikləri “mesajları” çatdırırlar. Lakin bütün bu qarışıqlıq fonunda ABŞ-ın dəstəklədiyi qruplaşmalar və silahlı birləşmələr vasitəsilə İŞİD-in özünə paytaxt elan etdiyi Raqqa üzərinə hücum əməliyyatlarına başlaması diqqət çəkir.

- Bəzi qərb analitikləri belə hesab edir ki, Yaxın Şərqdə yeni və böyük geosiyasi oyun başlayıb. Bu oyunun əsas tərəflərindən biri isə əvvəllər Suriya-Livan-İran geosiyasi üçbucağının Türkiyə-İran-Qətər üçbucağı ilə əvəzlənməsidir. Yəni, Yaxın Şərqdə yeni geosiyasi üçbucaq, Türkiyə-İran-Qətər üçbucağı yaranır. Bu barədə nə deyə bilərsiniz? Belə bir geosiyasi üçbucağın yaranması Yaxın Şərqdəki proseslərə necə təsir edə bilər?

- Bəli, üçbucaqların yaranması üçün ciddi altyapı olmalıdır. Suriya-Livan-İran və hətta bura İraqı da əlavə edə bilərəm, dördbucağı məhz təbii siyasi əsaslarla formalaşıb. Lakin bunun Türkiyə-İran-Qətər üçbucağı ilə əvəzlənə biləcəyi fikri yanlışdır. Diqqət edin: Qətərlə Səudiyyənin ərəb ölkələrinin liderliyi uğrunda bir rəqabəti yaşanır. Bu rəqabətdə tərəflərdən biri, yəni, Qətər İrana müəyyən referanslar edərək qarşı tərəfə əlavə təzyiq imkanları əldə etməyə çalışır. Həm də İran faktorundan ciddi şəkildə narahat olan digər ərəb ölkələrinə bu təhlükənin qarantı kimi özünü təqdim edir. Deməli, gəldiyimiz nəticə belə olur: Qətər xarici faktorlardan yararlanaraq, ərəb ölkələri arasında öz nüfuzunu yüksəltməyi və əzəli rəqibi Səudiyyəni qabaqlamağı hədəf götürür. İran isə təbii ki, bu zaman öz maraqlarından çıxış edir və ərəb ölkələrinin içindəki milliyyətcə ərəb olan şiə icmalarının içində öz avtoritetini yüksəldir: Yəmən və Bəhreyndə olduğu kimi... Həm də Qətər kimi iri qaz ehtiyatlarına malik ölkə ilə ittifaqa nail olaraq OPEC ölkələrinə – yəni, həm də rəqibi Səudiyyəyə iddi təzyiq imkanları əldə edir. 

-  Türkiyə və İranı bölgədə əsasən hansı geosiyasi maraqlar birləşdirir və bu maraqlar uzunömürlü ola bilərmi?

- İran-Türkiyə münasibətləri əzəli rəqabət üzərində qurulub. Hər iki ölkənin biri-biri ilə əlaqələrini xarici faktorlar müəyyənləşdirir. Bu gün həmin xarici faktorlar bu iki ölkənin yaxınlığını şərtləndirirsə, onlar yaxınlaşacaqlar. Bu faktorlar öz əhəmiyyətini itirdikdən sonra isə bu əzəli rəqabət və prinsipial məqamlarla bağlı fikir ayrılıqları yenə də olduğu kimi davam edəcək. Yəni, bu münasibətlər xarici təsirlərlə müəyyənləşir və davamlı, əsaslı ola bilməz.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən çox oxunanalar