Koreya Respublikasının prezidenti Mun Ce-in İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib
Təbrikdə deyilir:
“Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Koreya Respublikasının hökuməti və xalqı adından ürəkdən təbrik edirəm. Yüksək səviyyəli liderliyinizin Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcəyinə inanıram. 1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlər qurulduqdan sonra müxtəlif sahələrdə dostluq və əməkdaşlıq əlaqələri inkişaf etdirilib.
Ümid edirik ki, qarşılıqlı faydalı və işgüzar əməkdaşlığımızı Zati-alinizlə birlikdə gələcəkdə də genişləndirəcəyik. Sizə cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, ölkənizə isə davamlı inkişaf arzulayıram”.
pia.az