Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konsul Gömrük rəisinin həbsindən danışdı


“Azərbaycanlıların tutulması məsələsi nəzarətdə saxlanılır”.


Bu barədə Azərbaycanın istanbuldakı baş konsulu Həsən Zeynalov Publika.Az-a açıqlamasında Türkiyədə Naxçıvanın Sədərək gömrük-keçid məntəqəsinin rəisinin və işadamalrının həbs olunmasına münasibət bildirərkən deyib. Baş konsul bildirib ki, bu məsələ ilə birbaşa Azərbaycanın Qarsdakı baş Konsulluğu məşğul olur: “Bu bizim ərazimizə daxil deyil. Amma məsələdən xəbərdarıq və nəzarətdə saxlayırıq”. 


H. Zeynalov azərbaycanlı məmurun məsuliyyətə cəlb olunacağı təqdirdə cəzasını Türkiyədə, yoxsa Azərbaycanda çəkəcəyi məsələsinə də münasibət bildirib.“Hələ istintaq indi başlayır, məsələ tam məlum deyil. Hər şey aydınlaşdıqdan sonra bunlar barəsində danışmaq olar. İndi hələ tezdir”-deyə baş konsulumuz qeyd edib. 

Qeyd edək ki, Naxçıvanın Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov İstanbuldan Qarsa gələndə təyyarədən endikdən sonra rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində saxlanılıb. 

Xatırladaq ki, Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə bildirilib ki, məsələyə ilə bağlı araşdırma aparılır. Həmçinin, Azərbaycanın Qarsdakı Baş Konsulluğunun əməkdaşlarının azərbaycanlı məmurun saxlanması məsələsini yaxından araşdırdığı, onların Mirməhəmməd Seyidovun ifadə verməsi prosesində iştirak etdikləri deyilir. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar