Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konstitusiyanı hansı qoşunlar qoruyacaq?


Həmçinin qeyd etmək lazımdır ki, 1991-ci ildə qəbul edilmiş “Azərbaycan Silahlı Qüvvələri haqqında” Qanunun hamısı deyil, yalnız bir hissəsi Azərbaycan ordusunun fəaliyyətinin hüquqi əsaslarını müəyyənləşdirir


2016-cı ildə Azərbaycan Konstitusiyasına edilmiş dəyişikliklərə əsasən, “Azərbaycan Silahlı Qüvvələri” anlayışı dəqiqləşdirilib və qeyd olunub ki, o, Azərbaycan ordusundan və digər silahlı qüvvələrdən ibarətdir.

Bununla əlaqədar Silahlı Qüvvələrin fəaliyyətinin hüquqi tənzimlənməsini müəyyən edən “Azərbaycan Silahlı Qüvvələri haqqında” yeni Qanun layihəsi hazırlanıb. Qanun layihəsi Azərbaycan Silahlı Qüvvələrinin tətbiq dairəsini, onun idarə edilməsini və hərbi quruculuğu tənzimləyir, eyni zamanda Silahlı Qüvvələrin vəzifə və fəaliyyətinin hüquqi aspektlərini müəyyən edir.

Həmin sənəddə ilk dəfə olaraq Azərbaycan ordusundan və digər silahlı birləşmələrdən ibarət Azərbaycan Silahlı Qüvvələri anlayışının mahiyyəti açıqlanır.

Azərbaycan ordusunun fəaliyyətini Müdafiə Nazirliyi təşkil edir, digər silahlı birləşmələr ifadəsi altında isə ölkənin təhlükəsizliyini və milli maraqlarını təmin edən, terrorçuluqla mübarizə aparan xüsusi xidmətlər, ictimai təhlükəsizliyi və asayişi təmin edən daxili qoşunlar, dövlət sərhədlərinin toxunulmazlığını təmin edən sərhəd qoşunları, mülki müdafiə qoşunları, dövlət tərəfindən mühafizə edilən obyektlərin təhlükəsizliyi təmin edən orqanlar və digər birləşmələr başa düşülür.

Qanun layihəsində əks olunan digər silahlı birləşmələrin tam siyahısı Azərbaycan prezidenti tərəfindən müəyyən olunacaq.

Öz növbəsində, Silahlı Qüvvələrin tərkib hissələrinin fəaliyyəti ayrı-ayrı qanunlarla tənzimlənəcək. Bunlar “Azərbaycan ordusu haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Daxili qoşunlar haqqında”, “Sərhəd qoşunları haqqında” və başqalarıdır.



*   *   *14:32

APA agentliyi yanlışlığa yol verərək, “Azərbaycan Silahlı Qüvvələri haqqında” Qanun layihəsinə dəyişiklikləri düzgün təfsir etməyib.

Virtualaz.org xəbər verir ki, Azərbaycan Konstitusiyasına son dəyişikliklərə əsasən, Azərbaycanda Silahlı Qüvvələr dedikdə yalnız Müdafiə Nazirliyi deyil, həm də digər güc strukturlarının – DİN, FHN, DSX-nin silahlı qüvvələri başa düşülür.

Silahlı Qüvvələrin hər bir növü təlimata uyğun olaraq öz funksiyalarını yerinə yetirir. “Silahlı Qüvvələr ölkədə daxili siyasi sabitliyin, Konstitusiya quruluşunun, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak edir” ifadəsi altında məhz DİN-in daxili qoşunları nəzərdə tutulur.

*   *   *12:29

Azərbaycan Silahlı Qüvvələrinə ölkə daxilində siyasi sabitliyi, ictimai asayişi və daxili ictimai təhlükəsizliyi təmin etmək həvalə olunur.

APA-nın məlumatına görə, bu, yenidən hazırlanmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin 4-cü (Silahlı Qüvvələrin əsas vəzifələri) maddəsində əks olunub.

Maddədə bildirilir ki, Silahlı Qüvvələr ölkədə daxili siyasi sabitliyin, Konstitusiya quruluşunun, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində iştiak edir.

Qanun layihəsi Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar